Accessibility links

Ağ Evin qarşısında kişi özünə atəş açıb


ABŞ Gizli Xidmətinin verdiyi məlumata görə, şənbə günü Ağ Evin qarşısında bir kişi özünə atəş açıb. Kişini xilas etmək mümkün olmayıb.

Hadisə baş verən zaman prezident Donald Tramp və birinci xanım Melania Tramp Floridada, Mar-a-Laqo istirahət evində idilər. Birinci ailənin Ağ Evə günün sonu geri dönəcəyi gözlənilir.

Prezidenti və digər ölkələrin liderləri mühafizəsinə cavabdeh olar Gizli Xidmət Twitter hesabından bildirib ki, insident zamanı başqa heç kimə xəsarət yetirilməyib.

Kişinin şəxsiyyəti haqqında məlumat hələlik verilməyib.

İnsident ABŞ-da federal və ştat səviyyəsində silah qanunlarının sərtləşdirilməsi ilə bağlı gedən qızğın debatlar zamanı baş verib. Debatların yenidən açılmasa səbən 14 fevral tarixindən Florida məktəbində 17 nəfərin ölümünə səbəb olan silahlı hücum olub.

XS
SM
MD
LG