Accessibility links

Ağ Ev Respublikaçıların mühacirətə dair təkliflərini tənqid edib


Ağ Ev Konqresin Nümayəndələr Palatasında bəzi Respublikaçıların mühacirətə dair son təkliflərini tənqid edərək, ABŞ-a uşaq yaşlarında qeyri-qanuni yolla gətirilən mühacirlərin statusunun qanuniləşdirilməsi, onların valiydenlərinin isə deportasiysa edilməsi ideyasının işə yaramadığını bildirib.

Ağ Evin sözçüsü Cey Karni bildirib ki, prezident mühacirət islahatlarının əhatəli xarakter daşımalı olduğuna inanır. O, Konqresin mühacirətə dair qanunu qəbul etməməsini bir qədər gülməli vəziyyət adlandırıb.

Cey Karni bu açıqlamaları Ağ Evin yüksək səviyyəli müşaviri Dan Pfayfferin Amerikada ispan dilində aparıcı qəzet olan La Opinion qəzetinin baş məqaləsi ilə əlaqədar Respublikaçıların planını tənqidi məzmunlu Tvitter mesajı göndərməsindən sonra verib.

Nümayəndələr Palatasında Respublikaçıların təklif etdiyi qanun layihəsi Uşaq aktı adlandır. Qanunda öz günahı olmadan sərdəddi keçən uşaqların statusunun qanuniləşdirildiyi halda, qanunu bilərəkdən pozan valideynlərə vətəndaşlıq verilməməsi nəzərdə tutulur.

Demokratlar və mühacirət islahatlarının tərəfdarları Senatın ABŞ-da qeyri-qanuni statusu olan 11 milyon mühacirə vətəndaşlıq verilməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG