Accessibility links

Ağ Ev Şimali Koreyanın yüksək rütbəli diplomatının iddiasını cəfəngiyyat adlandırıb


Ağ Ev ABŞ-ın Pxenyanla müharibə aparmadığını bildirib və Şimali Koreyanın yüksək rütbəli diplomatının iddiasını cəfəngiyyat adlandırıb.

Ağ Evin mətbuat katibi eyni zamanda, Şimali Koreyanın beynəlxalq sular üzərində uçan istənilən xarici təyyarənin vurulacağı ilə bağlı təhdidlərinin ciddi qəbul edilmədiyini bildirib.

“Beynəlxalq sular üzərində uçan başqa ölkənin təyyarəsinə atəş açmaq heç zaman normal hal hesab deilməyib. Bizim mövqeyimiz dəyişməyib. Biz yenə də Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə çalışırıq. Hazırda buna maksimum dərəcədə iqtisadi və diplomatik təyziqlər vasitəsi ilə nail olmağa çalışırıq” deyə Ağ Evin mətbuat katibi Sara Hakkabi Sanders bildirib.

Şimali Koreyanın xarici işlər naziri deyib ki, onun ölkəsi prezident Trampın Twitter-də “Şimal təhdidlərə davam edərsə, Pxenyan rejimi uzun müddət mövcud olmayacaq” mesajını paylaşmasını müharibə elanı kimi qiymətləndirir.

“Trampın müharibə elanı nəzərə alındığı üçün bütün seçimlər Koreya Demokratik Xalq Respublikası liderinin masası üzərindədir” deyə Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho bildirib.

ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Makmaster bildirib ki, ABŞ Şimali Koreya ilə müharibəyə yol verilməyəcəyinə ümid edir. “Lakin biz bunun mümkün ola biləcəyini istisna edə bilmərik” deyə o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG