Koreya yarımadasında gərginliklərin artdığı bir vaxt ABŞ Senatının bütün üzvləri növbəti saatlarda Ağ Evdə Şimali Koreyadan gələn təhlükələr və Tramp administrasiyasının bunun qarşısını almaq üçün strategiyasına dair qapalı brifinqə qatılmağa hazırlaşır.
Hər iki partiyanı təmsil edən senatorlar brinfiqə Şimali Koreyanın Birləşmiş Ştatlara qarşı nüvə hücumu keçirmək qabiliyyətini sürətlə artırmağa çalışdığına tam əminliklə qatılır.
Mən hesab edirəm ki, vəziyyət Kuba raket böhranı qədər təhlükəlidirCon Makkeyn
“Mən şimali koreyalıların qabiyyətləri, bizim Çini Şimali Koreyanın dayanması üçün təzyiq göstərmək işinə cəlb etmək səylərimiz və sanksiyalar baxımından bizim nələri nəzərən keçirdiyimiz haqda daha çox məlumat almaq istəyirəm”-deyə senator Süzan Kollins Amerikanın Səsinə müsahibə bildirib.
Senatın Silahlı Qüvvələr komitəsinin sədri Con Makkeyn nüvə qabiliyyətinə malik Şimali Koreyanın tarixi miqyasda təhlükə adlandırıb.
“Mən hesab edirəm ki, vəziyyət Kuba raket böhranı qədər təhlükəlidir”-deyə Con Makkeyn Amerikanın Səsinə müsahibədə bildirib. O əlavə edib ki, Kim Yonq Un rejimi onun atası və babasının dövründə olduğundan daha qeyri-sabitdir, buna görə də hərbi variantlar masa üzərində qalmalıdır.
Senator Kris Kuns Amerikanın Səsinə bildirib ki, Şimali Koreya prezidenti Kim Un özünü ABŞ tərəfindən təhlükədə hiss edir və nəticədə nüvə qabiliyyətinin artırılmasına çalışır. “O, ölkəsinin bütün resurslarını təkcə nüvə silahları inkişaf etdirmək deyil, onların çatdırılması üçün istifadə edir. Özü də təkcə onların çatdırılması deyil, onlardan Birləşmiş Ştatlara qarşı hücum etmək üçün istifadəsini nəzərdə tutur. Bu, çox təhlükədilir”-deyə senator Kris Kuns bildirib.
Prezident Donald Trampın senatorları dəvət etdiyi brifinq müdafiə naziri Cim Mattis, dövlət katibi Reks Tillerson, Milli Kəşfiyyat direktoru Dan Koats və Birgə Qərargahlar rəisi general Cozef Danford tərəfindən keçiriləcək.
Tramp bu həftənin əvvəli deyib ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə əlaqədar əlavə və daha ciddi sanksiyaların tətbiq edilməsinə hazırlaşmalıdır.