Accessibility links

Ağ Ev: Trampın ruslara kəşfiyyatla bağlı açıqlamaları "tam münasibdir"


Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster çərşənbə günü bildirib ki, prezident Donald Trampın keçən həftə rus diplomatları ilə terrorizm və beynəlxalq aviasiyaya təhlükələrlə bağlı bölüşdüyü informasiya "tam münasibdir" və ABŞ-ın kəşfiyyat mənbələrini risk altında qoymayıb.

Makmaster bazar ertəsi günü müxbirlərə ABŞ mediasında Trampın Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-dakı səfir Sergey Kislyakla görüş zamanı olduqca həssas kəşfiyyat məlumatlarını açıqladığında dair iddiaların həqiqətə uyğun olmadığına dair bəyanatını müdafiə edib. Aparıcı kütləvi inforasiya vasitələrinin verdiyi məlumata görə, Tramp görüşdə İŞİD-in təyyarələrə bomba gizlədilmiş komyuterlər keçirə bilməsinin mümkünlüyünə dair informasiya verib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster

ABŞ prezidenti xarici işlər naziri Lavrov və səfir Kislyakla keçən həftə Ağ Evin Oval zalında qapalı görüş keçirib. Makmaster Oval kabinetdə görüşdə iştirak edib.

"Mən qətiyyən narahat deyiləm. Bu danışıqlar əsnasında yerində edilmiş söhbət olub. Mən hesab edirəm ki, bu, bizim kəşfiyyat üzrə tərəfdaşlarımızın gözləntilərinə tamamilə uyğun olub", Makmaster bildirib.

"Prezident mənbələrdən heç birini risk qarşısında qoymayıb", Makmaster əlavə edib.

Mən qətiyyən narahat deyiləm. Bu danışıqlar əsnasında yerində edilmiş söhbət olub. Mən hesab edirəm ki, bu, bizim kəşfiyyat üzrə tərəfdaşlarımızın gözləntilərinə tamamilə uyğun olub.
H.R. McMaster

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Trampın informasiya mənbəyini səhvən açıqladığı ilə bağlı mediada verilmiş məlumatları rədd edib. "Prezident heç bu informasiyanın haradan gəldiyini belə bilmirdi. O nə mənbə, nə də informasiyanın metodu ilə bağlı məlumatlandırılmayıb", Masmaster bildirib.

ABŞ-ın The New York Times və Washington Post kimi aparıcı kütləvi informasiya vasitələri bazar ertəsi prezidentin Rusiya xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüş zamanı olduqca məxfi informasiyanı açıqladığı haqda xəbər verib.

ABŞ prezidenti doğru hesab etdiyi zaman demək olan hər hansı məxfi məlumatı açıqlamaq səlahiyyətinə malikdir.



XS
SM
MD
LG