Accessibility links

Mahmud Əhmədinejad İranın ədliyyə sistemini tənqid edib


İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bir neçə tərəfdarının həbsinə görə ölkənin nüfuzlu ədliyyə sistemini yenidən tənqid edib.

Əhmədinejad 1979-cu il İslam İnqilabının ildönümü münasibəti ilə məktubunda deyir ki, məhkəmə İran xalqına qarşı “zülmün əsas sütunu”na çevrilib.

Bu məktubdan öncə media Əhmədinejadı dəstəkləyən səkkiz media fəalının saxlandığını xəbər verib.

Onların həbsinin səbəbi bəlli olmayıb. Bəzilərinin girovluğa buraxılması barədə xəbərlər gəlir.

Tehranda kimsə müxtəlif vilayətlərdən media fəallarının həbsinə göstəriş verir”, - Əhmədinejad yazıb. O, fəallardan bəzilərinin təkadamlıq kamerada saxlandığını iddia edib.

2005-2013-cü illərdə prezident olmuş Əhmədinejad ali ruahni lider Ayətullah Əli Xameneyi və onun nüfuzlu müttəfiqlərinə meydan oxuduğu üçün getdikcə təcrid olunub.

O, 2017-ci ildə məhkəmə sistemini “diktatura” adlandırıb, onun Xameneyidən daha güclü olduğunu bildirib.

XS
SM
MD
LG