Misir Qırmızı Aypara təşkilatının humanitar yardım, o cümlədən ərzaq, dərman və su daşıyan 20 yük maşınından ibarət yardım karvanı şənbə günü Misirin nəzarət etdiyi Rəfəah keçin məntəqəsindən mühasirə altında olan Qəzza zolağına daxil olmağa başlayıb.
“Bu yük maşınları kütləvi, davamlı və təhlükəsiz yolla mümkün qədər tez bir şəkildə Misirdən Qəzzaya hərəkət etməlidir,” BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Qahirədə sammit zamanı bildirib.
O, yardım karvanının keçidinə imkan yaratdığına görə Misirə təşəkkürünü bildirib.
“Ancaq Qəzza xalqının daha çox – Qəzzaya lazım olan miqyasda davamlı yardımın çatdıırlmasına dair öhdəliyə ehtiyacı var,’ o deyib. “Biz bunun baş verməsi üçün müvafiq olan bütün tərəflərlə fasiləsiz işləyirik.”
Onlarla yük maşını Qəzzann 2 milyondan çox sakininə yardm çatdırmaq üçün artıq günlərdir Rəfah yaxınlığlnda sərhədin açılmasını gözləyirdi.
BMT-nin humnaitar məsələlər üzrə başçısı Martin Qriffits bəyanatında bildirib ki, karvanda “həyat qurtaran ləvazimatlar” Misir Qırmızı Aypara Cəmiyyəti və BMT tərəfindən təmin edilib. O deyib ki, onların Qəzzaya keçməsi v BMT-nin dəstəyi ilə Fələstinli Qırmızı Aypara Təşkilatı tərəfindən qəbul edilməsi razılaşdırılıb.
Bu, HƏMAS-ın oktyabrın 7-də İsrailə, 1400 nəfərin ölümü ilə nəticələnən gözlənilməz hücumunun İsrailin bombalama kampaniyasına və Qəzza zolağını tam blokadaya salmasına səbəb olmasından bəri Qəzzaya daxil olmasına icazə verilən ilk humanitar karvandır.
ABŞ Prezidenti Co Bayden çərşənbə günü Tel-Əvivə səfəri zamanı Qəzzaya məhdud yardımla bağlı razılığı elan etsə də, onun həyata keçirilməsi ləngimişdi, çünki BMT Misir, İsrail və ABŞ-la şərtləri müəyyənləşdirmək və tətbiq olunan məhdudiyyətləri azaltmaq üzərində işləyirdi.
ABŞ Dövlət katibi Antoni Blinken yardım karvanın alqışlayıb və onun çatdırılmasının “ABŞ-ın regionda hərtərəfli diplomatik fəaliyyətinin” nəticəsi olduğunu deyib.
“biz bütün tərəfləri Qəzza xalqının rifahı üçün vacib olan yardımın davamlı hərəkətini təmin etmək üçün Rəfah sərhəd keçidini açıq saxlamağa çağırırıq,” Blinken deyib və əlavə edib ki, HƏMAS yardımın çatdırılmasına müdaxiə etməməlidir.
“Prezident Bayden dediyi kimi, əgər HƏMAS bu yardımı oğurlasa və ya başqa istiqamətə yönəltsə, fələstinli xalqn rifahına məhəl qoymadığını bir daha sərgiləmiş olacaq, beynəlxalq ictimaiyyətin bu yardımı göstərməsinə mane olacaq,” o deyib. “Mülki şəxslərin həyatları qorunmalıdır və yardım təcili olaraq ehtiyacı olanlara çatdırılmalıdır.”
Dünya Ərzaq Proqramı karvandakı yük maşınlarından üçünün ona aid olduğunu bildirib. Onlar 60 ton təcili ərzaq, o cümlədən konservləşdirilmiş qidalar, buğda unu və makarıon daşıyıb. Dünya Ərzaq Proqramı əlavə 930 ton təcili ərzağın Rəfah keçid məntəqəsi və yaxınlığında Qəzzaya daxil olmağı gözlədiyini bildirib.
“Qəzzadakı vəziyyət həqiqətən fəlakətli olduğu üçün bu qidaya çox ehtiyac var. Bu 20 yük maşını mühüm ilk addımdır, lakin bu karvan çox sayda karvanların ilki olmalıdır,” Dünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkain yazılı açıqlamasında bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı travma dəstləri, xroniki xəstəliklərin müalicəsi üçün dərmanlar, əsas zəruri dərman və sağlamlıq ləvazimatları daşıyan dörd yük maşınının Qəzzaya yola düşdüyünü bildirib. Təşkilat artq Misirdə və yolda daha çox tədarükün olduğunu bildirir.
“Hazırda Qəzzaya gedən ləvazimatlar, döyüşlər artmağa davam etdiyi bir vaxt, artan sağlamlıq ehtiyaclarını az da olsa qarşılamağa başlayacaq. Daha böyük və müdafiə olunan yardım əməliyyatına böyük ehtiyac var,” ÜST açıqlamasında bildirib.
ABŞ-ın İsraildəki səfirliyi xəbərdarlıq edib ki, sərhəd keçid məntəqəsi açıq ikən Qəzzanı tərk etməyə çalışan istənilən xarici vətəndaş “sərhədin hər iki tərəfində potensial olaraq xaotik və qarışıq vəziyyətlə qarşılaşa bilər.”
Forum