Accessibility links

Girov saxlanılan ABŞ-Kanada ailəsi azadlığa buraxılıb


Onlar 5 il əvvəl Pakistanın Əfqanıstanla sərhəd bölgəsində oğurlanmışdı

Paksitan hərbi rəsmiləri beş il Taliban qrupu tərəfindən əsirlikdə saxlanıldıqdan sonra ABŞ-Kanada cütlüyünün və onların üç uşağının cümə günü Pakistanı tərk edərək qərbə qayıtdıqlarını deyib.

ABŞ kəşfiyyatının köməyi ilə Pakistan qoşunları 31 yaşlı əslən amerikalı Keytlin Koulman və onun 33 yaşlı kanadalı əri Coşua Boyl Əfqanıstanla sərhəddə Kurram qəbilə regionundan xilas edilib.

Mən onu əlavə etmək istəyirəm ki, yeni Cənubi Asiya strategiyasında elementlərdən biri dövlət katibinin dediyi kimi strategiyanın regionlaşdırılmasıdır.

Prezident Donald Tramp ailənin Talibanla əlaqəsi olan terror təşkilatı, Haqqani şəbəkəsində saxlanılan ailənin azad edilməsini alqışlayıb.

Pentaqon Koleman və onun ailəsinin necə azad edildiyi barədə təfsilata varmayıb. Amma bu əməliyyatın Pakistanla yaxşı münasibətlərin olmasına işarə etdiyini deyib.

“Mən onu əlavə etmək istəyirəm ki, yeni Cənubi Asiya strategiyasında elementlərdən biri dövlət katibinin dediyi kimi strategiyanın regionlaşdırılmasıdır. Biz Pakistanda vətəndaşların Pakistan qüvvələri tərəfindən azad edilməsini bu istiqamətdə əlverişli irəliləyiş kimi qiymətləndiririk. Biz Pakistanın bu işlərini çox müsbət addım kimi görürük” deyə General-Leytenant Kennet Makkenzi bildirib.

Koulman və Boyl 2012-ci ildə Əfqanistanda itkin düşüb. Əfqanıstan Talibanı bir qədər sonra onları oğurladıqlarını bildirib.

Koulman oğurlanarkən hamilə idi və üç uşağını həbsdə olan müddətdə dünyaya gətirib.

XS
SM
MD
LG