Accessibility links

Aleksey Navalnı azadlığa buraxılıb


Rusiyanın müxalifət lideri Aleksye Navalnı ötən ay prezident Vladimir Putin əleyhinə kütləvi etirazlar təşkil etdiyinə görə 30 gün həbs cəzası çəkəndən sonra cümə axşamı azadlığa buraxılıb.

Navalnı Tvitterdə həbsdə keçirdiyi müddətlə bağlı zarafat edərək yazıb ki, “mən 30 günlük işgüzar səfərdən sonra yenidən sizinləyəm. Mən azadlıqda olduğuma görə çox xoşbəxtəm.”

O, icazəsiz aksiya keçirməkdə ittiham olunandan sonra həbs edilmişdi.
Navalnı və onun yüzlərlə tərəfdarı Putinin əlavə altı il müddətinə prezidentlik vəzifəsinə inaqurasiyasından öncə keçirilən may nümayişlərində həbs olunmuşdu.

Navalnı etiraz aksiyaları təşkil etdiyinə görə son illər ərzində bir neçə dəfə həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG