Accessibility links

Ali Məhkəmə ABŞ prezidentinin yüksək vəzifələrə təyinat səlahiyyətini ləğv edib


ABŞ-ın Ali Məhkəməsi prezident Obamanın Konqresin resessiyası zamanı yüksək vəzifələrə təyinat səlahiyyətini qüvvədən salıb.

Hökm Senatın məhkəməyə müraciət edən respublikaçı üzvlərinin xeyrinə verilib.

Məhkəmə 2012-ci ildə prezidentin Senatın təsdiqi olmadan Milli Əmək Əlaqələri Şurasına etdiyi təyinatları qanunsuz hesab edib.

Barak Obama konstitusiyaya əsasən Konqresin tətil müddətində müvəqqəti təyinat hüququndan istifadə edib. Lakin məhkəmə həmin vaxt Konqresin tətildə olmadığını bildirib.

Hakim Stefen Breyer deyib ki, 10 günlük tətil təyinat qərarı üçün olduqca qısa müddətdir.

Ağ Ev Ali Məhkəmənin qərarını dərin təəssüflə qarşılayıb.

Ali Məhkəmə bundan əlavə qadın məsləhətxanalarının 11 metrliyində etiraz aksiyalarından azad zona yaradılmasına dair Massaçussets qanununu ləğv edib.

Hökmü yekdilliklə qəbul edən hakimlər bunu söz azadlığının pozulması kimi qiymətləndirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG