Accessibility links

Mixeil Saakaşvili Ali Radaya keçiriləcək növbədənkənar seçkilərdə iştirak edə biləcək


Kiyev məhkəməsi iyunun 21-də Gürcüstanın keçmiş prezidenti və Odessa vilayəti administrasiyasının keçmiş başçısı Mixeil Saakaşvilinin xeyrinə qərar çıxarıb. Bu qərardan sonra o, iyunun 25-də Ali Radaya keçiriləcək növbədənkənar seçkilərdə iştirak edə biləcək.

Saakaşvili məhkəmə zalından çəkilən videonu Facebook səhifəsində paylaşıb. O, ölkədə atmosferin dəyişdiyini, məhkəməyə basqı olmadığını qeyd edib.

Qanunvericiliyə görə, parlament seçkilərində iştirak edə bilmək üçün namizəd son 5 ili daim Ukrayna ərazisində yaşamalıdır. Saakaaşvili Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra ötən ilin fevralında ölkədən deportasiya olunub. O, ölkəyə ancaq bu ilin mayında, yeni prezident Vladimir Zelenski vətəndaşlığını bərpa etdikdən sonra qayıda bilib.

Mixeil Saakaşvili "Yeni qüvvələrin hərəkatı" partiyasına başçılıq edir. Bu partiya Ali Rada seçkilərinə öz siyahısı ilə gedir. Saakaşvilinin sözlərinə görə, o, komandasıyla birgə Zelenskiyə Ukraynada korrupsiya ilə mübarizədə yardım etmək istəyir.

Gürcüstanın keçmiş dövlət başçısı həmçinin, sosial şəbəkədə Gürcüstandakı xalq etirazlarını da fəal şəkildə şərh edir, o, küçələrə çıxanların Rusiya və oliqarxlar əleyhinə üsyan etdiklərini söyləyir. Gürcüstanda Saakaşvilinin rəqibləri hakimiyyətdədir, onun tərəfdarları isə aparıcı müxalifət qüvvəsidir.

XS
SM
MD
LG