Accessibility links

Alimlər 241-335 min illər arasındakı dövrə aid olduğu təxmin edilən daşlaşmış uşaq kəlləsi aşkar edib


Alimlər 241-335 min illər arasınakı dövrə aid olduğu təxmin edilən daşlaşmış uşaq kəlləsi aşkar edib
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Cənubi Afrikanın alimləri dünyanın hominin ən zəngin daşlaşmış yerlərindən birində ilk Homo Naledi uşağın qismən parçalanmış kəllə sümüyünü aşkar edib. YUNESKO-nun Ümumdünya İrsi siyahısında olan Yohannesburq yaxınlığındakı “Bəşəriyyətin beşiyi” adlanan yerdə minlərlə il əvvəl qeyri-insan növlərinə aid canlılar ölüləri üçün mərasimlər icra edib.

Li Berger və komandası Homo Naledi daşlaşmış qalıqlarını yerin 30 metr dərinliyində, dar çatlar və dəliklərdən ibarət labirintdə axtarır. Onlar Homo Naledi uşağının kəllə sümüyünü Yüksələn Ulduz Mağarasında (son xiron) uzaq bir əhəngdaşı şelfində tapıb.

28 parça və altı dişdən ibarət tapıntı Leti adlanır. Bu Setsvana dilində "itirilmiş" mənasını verir və "letimela" sözünün qısaldılmış variantıdır.

Leti əvvəllər məlum olmayan Homo Naledi növlərinə aid ilk daşlaşmış sümükdür və 2013-cü ildə aşkar edilən Dinaledi mağarasından 12 metr kənarda aşkar edilib. Berger deyir ki, Letinin kənar bir yerdə olması əhəmiyyətlidir. “Onu oraya kimsə və ya vəhşi heyvan sürükləməyib. Onun sümüklərində bunun izi yoxdur. Onu oraya selin də aparmadığını bilirik. Bunu çöküntülərdən görmək mümkündür. Biz onun oraya sürünmədiyini bilirik, çünki bədəninin qalan hissəsi bu hissələrdən daha güclüdür və orada deyil.“

Bergerin fikrincə Letini bu əlçatmaz yerə digər Homo Naledilərdən biri köçürüb. Letinin 2017-ci ildə kəşfi bu yaxınlarda məlum olub. Alimlər onun dişlərinə əsaslanaraq Letinin dörd-altı yaşlar arasında öldüyünü müəyyən edib. Yüksələn Ulduz Ekspedisiyasının geoloqu Teboqo Maxubelanın dediyinə görə, onun qalıqları tapılan digər daşlaşmış Homo Naledilər qədər köhnədir. "Geologiyadakı oxşarlığına görə, eyni çöküntülər, eyni saxlanma üslubu bizim bunun 241-335 min il arasınakı dövrə aid olduğu qənaətinə gətirir."

Leti tezliklə Cənubi Afrikada aşkar edilən 20-dən çox Homo Naledinin daşlaşmış qalığının saxlandığı Vits Universitetinə aparılacaq.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG