Accessibility links

Alimlər yenidən Aya getməyi planlaşdırır [Video]


Alimlər yenidən Aya getməyi planlaşdırır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Aya növbəti missiyasının nə zaman buş tutacağı məlum deyil

İnsanın Aya basdığından artıq 45 il keçib. Bu hadisə 1972-ci ildə baş verib. O zamanlar ən sürətli mikroprosessorun 16 kilobayt hafizəsi var idi. İndi isə smartfonların orta hesabla bir neçə milyon kilobayt yaddaşları olur. Lakin kosmosa səyahət sahəsində hesablama gücü sahəsindəki kimi böyük irəliləyişlər əldə olunmayıb. Bu yaxınlarda Universitetlərin Kosmos Araşdırmaları Assosiasiyası tərəfindən təşkil olunan illik fəza tədqiqatı konfransında NASA rəsmiləri və alimlər Ayın tədqiqatı ilə bağlı həyacanlarını dilə gətirib, lakin onlar bunun nə zaman baş verəcəyinə dair heç bir məlumat verməyib.

Bu, çox miqdarda pul tələb edir. Amma Birləşmiş Ştatlar və bizim beynəlxalq tərəfdaşlarımız o qədər problemlərlə üzləşir ki, 2018-ci ildə bu məsələyə diqqət ayırmaq, maliyyə sabitliyini və davamlılığı qorumaq 1960-cı illərlə müqayisədə çox çətindir.
Ceff Ayzaksson

NASA-nın hələ təsdiq olunmamış 2019-cu il büdcəsinə 2020-ci illərdə Aya səyahət daxil edilib.

Onlar bunu bir sıra peyklər və robot enmə aparatları vasitəsilə etməyi planlaşdırır. İdarə bu avadanlıqların digər fəza agentliklərinin əməkdaşlığı ilə kommersiya şirkətləri və universitetlər tərəfindən hazırlanacağına ümid edir.

NASA həmçinin Ay ətrafında dövrə vuran Lunar Gateway adlı platforma inkişaf etdirməyi planlaşdırır.

“Bu bizə enmə aparatlarını Aydan Gateway-ə aparmağa imkan verəcək. Mən hər dəfə ora ABŞ-dan yeni enmə aparatı göndərməli olmayacağam. Hər şeyi oradan həll edə bilərəm,” deyə NASA-nın administrator vəzifəsini müvəqqəti icra edən Robert Laytfut bildirib.

Lakin insanlar Aya geri dönmədən əvvəl bəzi mühüm suallara cavab tapılmalıdır. Bu suallara uzun müddət Van Allen qurşaqlarının qoruyucu təbəqəsindən kənardakı kosmik radiasiyaya məruz qalmağın insan bədəninə nə cür təsir göstərdiyi daxildir.

“O mühitə nümunə orqanizmlər göndərmək, eksperimentlər aparmaq, DNT-nin bərpası məsələsini daha yaxşı anlamaq çox mühümdür. Bunun məqsədi isə təkcə həmin mühitdə yaşayıb, işləyən astronavtları sağlam tutmaq deyil, həm də Yer kürəsində insan sağlamlığının faydalarını anlamaqdır,” NASA-nın keçmiş baş elmi işçisi Ellen Stofan deyib.

Edvin Aldrin, Aya ayaq basan ikinci insan
Edvin Aldrin, Aya ayaq basan ikinci insan

Axır-əvvəl insanlar Ayda daimi stansiyalar quraşdıracaq, amma bunun baş verməsi üçün çoxlu dəstək tələb olunur.

“Bu, çox miqdarda pul tələb edir. Amma Birləşmiş Ştatlar və bizim beynəlxalq tərəfdaşlarımız o qədər problemlərlə üzləşir ki, 2018-ci ildə bu məsələyə diqqət ayırmaq, maliyyə sabitliyini və davamlılığı qorumaq 1960-cı illərlə müqayisədə çox çətindir,” Universitetlərin Kosmos Araşdırmaları Assosiasiyasından Ceff Ayzaksson söyləyib.

NASA-nın uzaq fəza tədqiqatı üçün yararlı yeni qüdrətli raket inkişaf etdirməsinə baxmayaraq, idarə hələ ki, Aya növbəti missiyasının nə zaman buş tutacağını müəyyən etməyib.

XS
SM
MD
LG