Accessibility links

Alimlər qeyri-adi yerlərdə yeni dərmanlar axtarır [Video]


Demək olar hər həftə yeni antibiotiklər bağlı araşdırmalarla əlaqədar xəbərlərin olması bu problemin nə dərəcədə təhlükəli olduğunu göstərir. Bakteriyalar köhnə dərmanlara qarşı davamlılıq inkişaf etdirməyə davam etdiyi bir vaxt, bütün dünya boyu alimlər yeni dərmanlar üzərində çalışırlar. Bu səbəbdən də bəzi alimlər yeni dərman axtarışında dünyanın ən qəribə, çirkli və hətta təhlükəli yerlərinə üz tuturlar.

İndi bizim məqsədimiz işə yarayan antibiotiklərin sayını artırmaqdır. Bizim böyük kolleksiyamız var, amma biz çox diqqətli olmalıyıq və antibiotiki istehlakçıya çatdırmaq üçün ehtiyatlarımızı ziyan etməməliyik.
Denis Aksenov-Qribanov

Rusiyalı alimlər dərmanlara davamlı mikroblara qarşı mübarizə aparmaq missiyasındadırlar.

İrkutsk Dövlət Universitetindən Denis Aksenov-Qribanov: “Biz Sibir və Baykar regionundakı mağaralarda işləyirik, çünki Baykal ərazisindəki mağaraların çoxu Baykal gölündən daha qədimdir. Onların 30 milyona yaxın yaşı var. Bizim tədqiqatımız bakteriyanın necə yarandığını və 30-40 milyon il ərzində necə qorunub saxlandığını, eləcə də bakteriyaların nələr istehsal etdiyini öyrənməyə həsr olunub.”

Bəs niyə məhz burada? Tədqiqatçılar deyir ki, bu yer təkcə qədim deyil, həm də bioloji baxımdan unikaldır. Burada başqa yerdə tapılmayan yüzlərlə, bəlkə hətta minlərlə balıq, həşərat və bakteriya mövcuddur.

“Baykal bizə yeni texnologiya və ya bio-tibbi applikasiyaları yaratmaq üçün istifadə oluna bilən çox sayda unikal xüsusiyyətləri olan unikal orqanizmlər tapmağa yardım edən unikal eko-sistemdir,” deyə İrkutsk Dövlət Universitetindən Maksim Timofeyev bildirir.

Bu, alimlərin penisilin kimi torpaq və kifdə tapılan antibakterial dərmanları kəşf etmələrini xatırladır Tədqiqatçıların burda tapdıqları mikroblar stafilokok kimi davamlı bakteriyalara qarşı effektivdir.

“İndi bizim məqsədimiz işə yarayan antibiotiklərin sayını artırmaqdır. Bizim böyük kolleksiyamız var, amma biz çox diqqətli olmalıyıq və antibiotiki istehlakçıya çatdırmaq üçün ehtiyatlarımızı ziyan etməməliyik,Aksenov-Qribanov deyir.

Burada inkişaf etdirilən dərmanlardan hər hansı birinin nə zaman bazara çıxarılacağı bəlli deyil, amma antibiotiklərin dərmanlara davamlılığının artdığı bir vaxt, hətta yeni dərman əldə etmək potensialı belə, bir ümid mənbəyidir.

XS
SM
MD
LG