Accessibility links

Prezident İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıb


Ilham Əliyev
Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyev Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə prezident Əliyevə minnətdarlığını bildirib.

Donald Tramp qeyd edib ki, prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG