Accessibility links

"Yaşıllar"ın hədəfi Almaniya və Avropada daha dərin kök salmaqdır [Video]


"Yaşıllar"ın hədəfi Almaniya və Avropada daha dərin kök salmaqdır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Almaniyada ifrat-sağçılar müvəffəqiyyət əldə etsələr də, ölkənin cənubunda Bavariya ştatında tamamilə başqa əhval-ruhiyyə hökm sürür. Rəy sorğuları “Yaşıllar” partiyasının oktyabrın 14-də keçiriləcək seçkilərdə ikinci yerə çıxa biləcəyini göstərib.

Bavariyanın paytaxtı Münhendə ənənəvi Oktoberfest festivalıdır. Katerina Şults isə yaxın zamanda bundan da böyük hadisənin qeyd ediləcəyini gözləyir.

“Bavariya Yaşılları” partiyasının 33 yaşlı həmsədri Katarina Şults nəyinsə baş verəcəyini deyir. Rəy sorğularına görə o, mərkəzi-solçu “Sosial Demokrat” və ifrat-sağçı “Almaniya üçün Alternativ” partiyalarından irəlidə gedir. Katarina Şults: “Doğrudan da bu gün insanları ən çox qıcıqlandıran nifrətlə zəminində söhbətlər, gərginliklərdir. Biz diqqətimizi bunlara yönəltmirik. Əlbəttə, tez bir zamanda həll olunmalı problemlər var, lakin bizim yalnız hər şeyin pis olduğu ilə bağlı davamlı şikayətlərə deyil, ağıllı fikirlərə və ideyalara ehtiyacımız var.”

Bu mesaj rezonans yaradıb. “Yaşıllar” partiyası Almaniyanın bir neçə şəhərində “Sosial Demokrat Partiyası”ndan irəlidədir. Kampaniya liderləri gündəmə sərhədlərin açılması, Avropaya dərin inteqrasiya kimi radikal fərqli məsələləri gətirib və bir milyondan artıq qaçqını qəbul edən Almaniya ilə qürur duyduqlarını söyləyir. London İqtisadiyyat və Siyasət Elmləri Məktəbindən Culian Qopfarz: “İndi İfrat-sağçılığın artması və Almaniyanın sərhədlərinin bağlanmsı və onlara yaxşı davranıldığına dair narahatlıqların artdığı bir vaxtdır.”

Almaniyada İfrat-sağçı meyllərin artmasına mətbuatda geniş yer verilir. Rəy sorğuları mühacirət əleyhdarı “Almaniya üçün Alternativ” partiyasını üçüncü yerdə göstərir. Lakin yaşıllar bir imkana malik olduqlarına inanır. “Əlbəttə, xəbərlərdə həmişə şok doğuran məlumatlar yaylır. Mən düşünürəm ki, “Almaniya üçün Alternativ” barədə məlumatlar daha çox yer alır” deyə, Culian Qopfarz bildirir.

“Yaşıllar” rəqiblərinin müvəffəqiyyətindən bəzi örnəklər alıb və ifrat-sağçıların taktikalardan istifadə edərək, özlərinin yerli namizədlərinin kampaniyasında istifadə edib.

“Yaşıllar"ın əsas hədəfi hazırkı məqamdan istifadə edərək, Almaniya və Avropada daha dərin kök salmaqdır. Bir çox təhlilçi buna skeptik yanaşır. Amma Avropanın parçanan siyasətində yeni rənglər gürünməyə başlayır.

XS
SM
MD
LG