Accessibility links

Almaniyada bıçaqla hücum - 3 nəfər yaralanıb


Noyabrın 6-da Almaniyanın cənubunda yüksək sürətli qatarda bıçaqla hücum nəticəsində 3 nəfər yaralanıb, yerli polis şübhəlinin həbs olunduğunu bildirib.

Polis təhlükənin sona çatdığını və 27 yaşlı bir gəncin həbsdə olduğunu deyib.

Mediada şübhəlinin Suriya əsilli olduğu və psixiatrik problemlərdən əziyyət çəkdiyi bildirilib. Lakin bu məlumat hələ ki, təsdiqlənməyib.

Təxminən 300 sərnişini olan və Bavariyadan Hamburqa doğru hərəkət edən sərnişin qatarındakı hücumun səbəbi hələ aydın deyil.

Terrorçuluqda şübhəli bilinən federal məmurlar deyil, yerli prokurorlar bu işə baxır.

Neumarkt in der Oberpfalz polisi bildirib ki, üç qurban xəstəxanada müalicə olunur və heç kimin həyati təhlükəsi yoxdur.

Hücum cihadçılar və sağçı ekstremist qrupların terror təhdidləri ilə üzləşən Almaniyada gərginliyi artırıb.

İslamçı şübhəlilər son illərdə bir neçə şiddətli hücumlar törədib. Ən ölümcül hücumlar 2016-cı ilin dekabrında Berlinin Milad bazarında 12 nəfərin ölümünə səbəb olan yük maşını ilə basqınlar olub.

Tunisli hücumçu, sığınacaq axtaran şəxs İslam Dövləti cihadçı qruplaşmasının tərəfdarı idi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2013-cü ildən Almaniyada təhlükəli hesab edilən islamçıların sayı 5 dəfə artaraq 615-ə çatıb. 2015-ci il miqrasiya böhranı zamanı Almaniyada sığınacaq axtaranlar tərəfindən bir neçə hücum və ya hücuma cəhd olub.

XS
SM
MD
LG