Accessibility links

Almaniyanın xarici işlər naziri İsraildədir


Almaniyanın xarici işlər naziri İranı nüvə müzakirələrinin bərpasına çağırıb, İsrailə qarşı İrana hücumun problemin həlli olmadığını bildirib.

Guido Vestervell bu çağırışları Qüds səfəri zamanı edib. Rusiya, Çin, ABŞ, Fransa və Britaniya ilə bərabər İranla nüvə müzakirələri keçirən ölkələr arasında olan Almaniyanın xarici işlər naziri nüvə qarşıdurmasının diplomatik yolla həlli üçün hələ də vaxt olduğunu deyib. O, İranı nüvə proqramından əl çəkməyə çağırıb.

Vestervell deyib ki, İranın əlində nüvə silahı olmasını qəbul etməyəcəyik. “İran nüvə obyektlərini beynəlxalq təftişə açmalıdır”-deyə o bildirib.
İsrailin müdafiə naziri Ehud Barakla görüşündən sonra keçirilən mətbuat konfransında

Almaniyanın xarici işlər naziri deyib ki, biz İsrailin narahatlıqlarını bölüşür və danışıqları danışıqlar xatirinə keçirmirik.

Avropa İttifaqının xarici işlər nazirlərinin Kipr görüşü zamanı Almaniya, Fransa və Britaniya İrana qarşı yeni sanksiyaların tətbiqinə çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG