Almaniya hüquq-mühafizə orqanları Əl-Qaida üzvü olmaqda şübhəli bilinən üç adamı həbs ediblər. Qısa açıqlamada alman prokurorlar şəxslərin bu gün erkən nəzarət altına alınıblar. Lakin onlar həbslərin harada baş verdiyini və səbəbləri açıqlamayıblar. Bəyanatda deyilir ki, müttəhimlər sabah hakim qarşısına çıxarılacaq və həmin zaman daha çox məlumat veriləcək. Almaniya hökuməti Əl-Qaidanın bu ilin sonunda Mumbay tipli hücm həyata keçirəcəyi haqda məlumat almışdı. 2008-ci ildə Hindistanın maliyyə paytaxtında baş vermiş terror hücumunda 166 nəfər öldürülmüşdü.