Accessibility links

Rəsmilərin verdiyi məlumata görə, ötən həftə Almaniyadan deportasiya olunmuş 69 əfqandan biri Kabil otelində özünə qəsd edib.

Kimliyi hələ də naməlum qalan 23 yaşlı gəncin ölümü Almaniya daxili işlər naziri Horst Sihoferin istefasına çağırışlara təkan verib.

Mühacir əfqanlar iyulun 4-də sığınacaq ala bilmədikdən sonra Əfqanıstana geri göndərilmişdilər.

Deportasiyalar özlərində rüsvayçı stiqma daşıyır ki, bu da insanların cəmiyyətə reinteqrasiyasına mane olur.

Onlar kansler Anqela Merkelin koalisiyasına daxil olan Sihoferin immiqrasiyaya nəzarəti sərtləşdirməsindən sonra geri göndərilib.

Əfqan gənc Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən müəyyən olunmuş oteldə ölü tapılıb.

Təşkilat “könüllü qayıdış və reinteqrasiya”-nı deportasiyaya üstün tutduğunu bildirib.

“Deportasiyalar özlərində rüsvayçı stiqma daşıyır ki, bu da insanların cəmiyyətə reinteqrasiyasına mane olur," Beynəlxalq Miqrasiya Təşkilatı öz bəyanatında bildirib.

Almaniyanın mühacirlər üçün aparıcı vəkillik təşkilatı olan “Pro Asil” bildirib ki, sığınacaq amacı uğursuzluğa düçar olan gənc Almaniyaya uşaq ikən gəlib və səkkiz il həmin ölkədə yaşayıb. Hökümət bu məlumatı təsdiqləməyib və hal -hazırda hadisə ilə bağlı Sihofer tərəfindən heç bir şərh yoxdur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG