Accessibility links

Almatıda 2000-dən çox etirazçı saxlanılıb


Qazaxıstanın iri şəhərlərindən olan Almatıda yanvarın əvvəlində baş vermiş kütləvi etirazların iştirakçılarının həbsləri davam edir, şəhərdə bir gündə daha 2159 nəfər saxlanılıb. Bu barədə şəhər komendantlığı məlumat verib.

Məlumata görə, saxlanılanlar arasında “qanunsuz hərəkətlərin, talanların və digər cinayətlərin iştirakçıları” var.

Komendantlıq bildirib ki, saxlanılan şəxslərdən 67 odlu silah və 3112 döyüş sursatı müsadirə edilib.

Vəziyyət sabitləşsə də, Almatıda fövqəladə vəziyyət qalmaqdadır, komendant saatı qüvvədədir. Həbslər də davam edir: yanvarın 11-də komendatura bir gündə 1200-dən çox adamın saxlanması barədə məlumat verib, yanvarın 12-nə qədər daha 1700 nəfər, bir gün əvvəl isə hakimiyyət 2000-ə yaxın şəxsin saxlanıldığını açıqlayıb.

Şəhər polis idarəsi də öz növbəsində Almatıda kütləvi etirazlar başlayandan 7 nəfərin yoxa çıxdığını bildirir. Polisin məlumatına görə, yanvarın 4-dən etibarən rəsmi olaraq 22 nəfər itkin düşmüş şəxslər siyahısına salınıb, onlardan 15 nəfəri tapılıb.

“Bütün faktlar üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir,” polisdən bildirilib.

Qazaxıstan hakimiyyəti hələ yanvar etirazları zamanı ölən və itkin düşənlər barədə dəqiq məlumat açıqlamayıb. Bir gün əvvəl Qazaxıstanın İT şirkəti iğtişaşlar zamanı yoxa çıxanların axtarışı ilə bağlı - “İtkin Şəxs” adlı layihəyə start verdiyini elan edib.

Şərhlərə bax

XS
SM
MD
LG