Accessibility links

Ukraynanın şərqində, Rusiyanın nəzarətində olan ərazidə bir amerikalı itkin düşüb


Rassel Bentli
Rassel Bentli

Polisin cümə günü bildirdiyinə görə, Ukrayna qüvvələrinə qarşı döyüşən amerikalı Rassel Bentli Ukraynanın şərqində, Rusiyanın nəzarətində olan Donetsk vilayətində itkin düşüb. Polis axtarış aparıldığını bildirib.

Polisin məlumatına görə, Bentli aprelin 8-də itkin düşüb. Mash onlayn xəbər orqanı onun Donetsk şəhərindəki bir ərazinin Ukrayna qüvvələri tərəfindən atəşə tutulmasından sonra itkin düşdüyünü bəyan edib.

Mash Bentlinin həyat yoldaşına istinad edərək, onun kiminsə yardıma ehtiyacı olub-olmadığını öyrənmək üçün getdiyini, lakin geri qayıtmadığını bildirib. Onun dediyinə görə, Bentlinin avtomobilində beysbol papağı, sındırılmış mobil telefonu və eynək aşkar edilib.

64 yaşlı Bentli özünü Ukraynada Rusiyanın dəstəklədiyi qüvvələrin tərəfdarı elan edib.

Rusiya dövlət xəbər agentliyi RİA onun 2014-cü ildə Ukraynanın şərqində rusiyapərəst döyüşçülərə qoşulduğunu və "Texas" hərbi ləqəbindən istifadə etdiyini bildirib.

Orada deyilirdi ki, Bentli daha sonra silahını jurnalistikaya dəyişib və dövlət qurumu olan Sputnik xəbər agentliyi ilə əməkdaşlıq edib və Rusiya vətəndaşlığını alıb.

Rusiya dövlət mediası Bentlini müharibə müxbiri kimi qələmə verib.

2022-ci ildə Rolling Stone jurnalı Bentli ilə "Qatı Texaslı solçunun cəbhə xəttində Putin təbliğatçısına çevrilməsinin qəribə hekayəsi" adlı müsahibəsini dərc edib.

Forum

XS
SM
MD
LG