Accessibility links

Amerika ailələrinin gəlirləri artıb, ölkədə yoxsulluq səviyyəsi enib


Birləşmiş Ştatlarda ailələrin gəlirləri artıb, yoxsulluq səviyyəsi enib və səhiyyə sığortası olan insanların sayı artıb.

Əhalinin siyahıya alınması bürosunun ekspertlərinin çərşənbə axşamı açıqladığı yeni rəqəmlərə əsasən, ailələrin orta gəliri 2015-ci ildə 3.2 faiz artaraq, 2016-cı ildə 59, 039 dollar təşkil edib. Bu, son iki ildə ikinci belə artımdır. Orta gəlir əhalinin yarısının bundan daha çox, o biri yarısının isə bundan daha az gəliri olduğu deməkdir.

Ölkədə yoxsulluq səviyyəsi 12.7 faiz enib. Bu, isə o deməkdir ki, yoxsulluq səviyyəsindən aşağı səviyyədə olan insanların sayı daha iki milyon nəfər azalıb. Bu göstərici müsbət olsa da, Amerikada hələ də 40.6 milyon insan yoxsulluq içində yaşayır.

Hökumət yoxsulluq səviyyəsini dörd nəfərdən ibarət ailənin gəlirinin 24,563 dollardan az olması kimi müəyyən edir.

Qadınlar və kişilər arasında gəlirlərdə fərq 2016-cı ildə müəyyən dərəcədə azalıb. Hazırda qadınlar kişilərin qazandığı hər 1 dolların müqabilində 80 sent qazanır.

Birləşmiş Ştatlarda müxtəlif etnik qruplar arasında asiyalıların orta ailə gəliri başqalarına nisbətən ən yüksək səviyyədədir. Bu göstərici əvvəlki illərlə müqayisədə bir qədər artaraq hazırda 81,431 dollar təşkil edir. Orta gəlir səviyyəsinin qeyri-ispan mənşəli ağ irqə mənsub (65,041 dollar), ispan-mənşəli (47,675 dollar), və qara irqə mənsub (39,490 dollar) ailələrdə də artdığı müşahidə edilir.

Səhiyyə sığortasına malik olmayan amerikalıların sayı üç faiz azalaraq 10 faizdən 8.8 faizə enib. Bu sahədə müsbət inkişafa baxmayaraq, 28.1 milyon amerikalının səhiyyə sığortası yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG