Accessibility links

Amerika Belarusun Belarusneft şirkətinə sanksiyalar tətbiq edib


Amerika Belarusun Belarusneft şirkətinə sanksiyalar tətbiq edib
Amerika Belarusun Belarusneft şirkətinə sanksiyalar tətbiq edib

Amerika İranın neft sektoruna sərmayə qoyduğu üçün Belarusun Belarusneft şirkətinə sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlətə məxsus şirkətə qarşı ölçülər Amerikanın İranla biznes quranlara qarşı qanununa əsasən götürülüb. Sanksiyalar nüvə proqramına görə İrana təzyiq mahiyyəti daşıyır. ABŞ Dövlət Departamenti Belarusneftin 2007-ci ildə İranın neft sektoruna 500 milyon dollar məbləğində sərmayə qoyduğunu bildirir.1996-ci ildə qəbul və ötən ilə dəyişikliklər edilən İrana qarşı sanksiyalar aktına əsasən 20 milyondan artıq investisiya qoyan şirkətlər sanksiyalara məruz qalır.

XS
SM
MD
LG