Accessibility links

ABŞ diplomatı Misirdə vasitəçilik səylərini intensivləşdirir


ABŞ-ın iki qanunvericisi və bir yüksək vəzifəli diplomatı Misirin hərbçilərin dəstəklədiyi hökuməti ilə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları arasında gərginliyin aradan qaldırılması səylərinə vasitəçilik etməyə çalışır.

ABŞ dövlət katibinin müavini Vilyam Börns Misirin müvəqqəti lideri ilə danışıqlardan sonra Müsəlman Qardaşlarının həbsdə olan lideri ilə görüşüb. ABŞ senatorları Lindsey Qraham və Con Makkeynin də hərbi keçid rəhbərliyi ilə görüşməsi planlaşdırılıb.

Associated Press-in məlumata görə, cənab Börns Müsəlman Qardaşların sədr müavini Xayrat Əl-Şaterlə islamçı liderin saxlandığı həbsxanada görüşüb.

Birləşmiş Ştatlar Misir bütün tərəfləri zorakılıqlara son qoymağa və tərəfləri təmsil edən keçid hökuməti təşkil etməyə çağırıb.
XS
SM
MD
LG