Keçən il Əfqanıstanın cənubunda keşik çəkən zaman iki əfqana atəş açmaq haqda qeyri-qanuni olaraq əmr vermiş ABŞ əsgəri hərbi məhkəmə qarşısına çıxarılıb. Günahkar tanınsa o, ömürlük həbs cəzasına məhkum ola bilər.
Leytenant Klint Loransın məhkəməsi Şimali Karolina ştatında keçirilir. Ordunun verdiyi məlumata görə, o, əsgərlərə 2012-ci ilin iyul ayında motosikletlə yoxlama məntəqəsinə yaxınlaşan iki kişiyə atəş açmaq əmri verməklə əlaqədar qətldə ittiham edilir.
Əsgərin vəkili yerli tele-kanala verdiyi müsahibədə deyib ki, Lorans əmri kəşfiyyat məlumatlarına əsasən və hadisədən bir gün əvvəl Talibanın ərazidə keçirdiyi hücumla əlaqədar olaraq verib.
28 yaşlı Klint Lorans qarşı qətlə cəhd göstərmək, əsgərlərə sakinlərin məskunlaşdığı kənddə atəş açmaq əmri vermək, saxta ifadə vermək və istintaqa mane olmaq ittihamları da irəli sürülüb.
Lorensin tərəfdarları onun müdafiəsi və hadisə ilə əlaqədar məlumatlandırma kampaniyası üçün vəsait toplamaq məqsədilə “Əsgərimizi qoruyaq” adlı veb səhifə yaradıb.