Accessibility links

Amerikalıların dürüst olub-olmadığı testdən keçirilib


Ümumilikdə amerikalıların 92 faizi dürüst insan olaraq qeydə alınıb

Siyasətdə düzgünlük və şəffaflıq çağırışları çoxlarına məlumdur. Ancaq bele görünür, dünya siyasətinin həll edildiyi paytaxt Vaşinqtonda insanlar bu keyfiyyətlərə o qədər əhəmiyyət vermir.

ABŞ-da içəcək istehsal edən HONEST (DÜRÜST) çay şirkəti hər bir ştatda avtomat kiosklar yerləşdirərək, insanların nəzarət olmadığı halda düzgünlüyünü öyrənmək üçün test keçirib. Belə bir kiosklardan biri də iyul ayında Vaşinqtonda yerləşdirilib. Kioskun üzərindəki lövhədə müştərilərdən bir butulka çay üçün qutuya bir dollar atılması xahiş edilib.

Vaşinqtonda beş nəfərdən yalnız bir nəfərin bu ödənişi etməsi ABŞ paytaxtına düzgünlük səviyyəsinə ən aşağı olduğu şəhər adını qazandırıb.

Alabama və Havay ştatlarında isə insanların 100 faizi aldığı içkinin pulunu ödədiyi üçün onlar ən dürüst ştatlar olaraq göstərilib.

Fiziki görünüşə gəldikdə isə sarışınlar daha dürüst insanlar, üzləri yenicə tüklənməyə başlamış gənclər isə daha az dürüst adamlar kimi qeyd edilib.

Bütövlükdə, Amerikalıların 92 faizi "dürüstülük çayı"nın pulunu ödəməklə kifayət qədər düzgün insan olduğunu sübut edib.
XS
SM
MD
LG