Accessibility links

ABŞ iqtisadiyyatında təxmin ediləndən daha az artım müşahidə edilib


İstehlakçı xərcləri son iki ilə nisbətən 3.4 faiz artıb

ABŞ iqtisadiyyatında ilin ilk ayları artım müşahidə edilib, lakin bu, təxmin ediləndən daha az sürətlə baş verir.

Hökumət rəsmiləri deyir ki, dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkəsində yanvar və mart ayları arasında 2.4 faiz artım müşahidə edilib. Bu, bir ay bundan əvvəlki təxminlərdən 0.001 faiz azdlr.

Son hesabatlara görə ABŞ istehlakçıları yaşlı amerikalıların təqaüdlərinin ödənməsi üçün yanvar ayından iki faiz vergi artımını üstələyə bilib.

İstehlakçı xərcləri Amerika iqtisadiyyatının 70 faizini təşkil edir və hökumət rəsmiləri bunun ilin birinci rübündə 3.4 faiz artdığını bildirib. Bu, son iki ildə ən sürətli artım təşkil edir.

Lakin hesabatda göstərilir ki, istehlakçı xərclərində artım şirkətlərin inventarın daha az sürətlə artırıması və ölkə, ştat və yerli hökumətlər səviyəsində xərclərin azaldılması ilə kompensasiya edilmişdir.

ABŞ bir neçə il əvvəl baş vermiş iqtisadi böhrandan tam bərpa olmaqda çətinlik çəkir. Bu, 1930-cu illərdə baş verən “Böyük Depressiya”dan sonra ən dərin iqtisadi böhrandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG