Accessibility links

ABŞ iqtisadiyyatı Trampın islahatları reallaşdıra bilməməsinə baxmayaraq, artımdadır


Donald Trampın administrasiyası iqtisadiyyatla bağlı gələn son yaxşı xəbərləri - səhmlərin qiymətinin artması və işsizliyin aşağı səviyyədə olmasını öz üzərinə götürür. Amerika iqtisadiyyatını yenidən qüdrətli etməyə söz verməsinə baxmayaraq, Trampın əsas iqtisadi islahatlar təşəbbüsləri Konqresdən o tərəfə keçə bilməyib.

“İqtisadi artım iki faiz təşkil etməkdədir. Bu, güclü artım olmasa da, sabit artımdır.”

Borkli deyir ki, Trampın iqtisadi gündəliyinin reallaşdırıla bilməməsi Beynəlxalq Valyuta Fondunun ABŞ-ın iqtisadi artımına baxışlarında ehtiyatlı olmasının səbəbidir. Amma artım tempində ləngimələr mövcud olsa belə, bu Vol Stritdə hiss edilmir. Bu sözləri mühafizəkarlara meylli Amerika Müəssisələr İnstitutunun siyasət təhlilçisi Maykl Streyn deyir.

“Düşünürəm ki, müşahidə etdiklərimiz mümkün vergi islahatlarına, mümkün iqtisadi tənzimləmələrə reaksiyadır. Ya da ki, maliyyə qurumları mümkün infrastruktur məsrəflərinə reaksiya verirlər. Fikrimcə, bu artım prezidentin adına yazılmalıdır.”

Bəs prezident öz vədlərini yerinə yetirmək gücündə olmasa, sərmayeçilərin güvən hissi ilə nə baş verəcək? Bəziləri deyirlər ki, səhmlərin rekord qiymətləri çox davam etməyəcək.

“Biz bu artımı dayanıqlı olmasını təmin edəcək heç bir addımın şahidi olmamışıq.”

Bəzi mühafizəkarlar prezidenti iqtisadi islahlatlarını icra edə bilməməsinə görə tənqid etsələr də, onlar Demokratlar Partiyasının təşəbbüslərinə qarşı daha sərt mövqeyə sahibdirlər.

“Mən düşünürəm ki, minimal saatlıq əmək haqqının 15 dollara qədərə artırılması işçi sinfinə zərər vuracaq və işləyən az imkanlı insanlara xeyirdən çox ziyan vuracaq. Bununla bərabər, məqsəd Amerika işçilərinə dəstək olmaqdırsa, ödənişli ailə məzuniyyətini təmin edilməsi görülməli olan əsas işlərə yaxın da deyil.”

Borkli deyir ki, qanunvericilikdə müvafiq addımların olmadığı bir zamanda iqtisadi artımın sabitliyi Mərkəzi Bankın fəaliyyəti ilə izah edilməlidir.

“Son səkkiz ildə Mərkəzi Bank Vaşinqtonda iqtisadi siyasətə əsas təsirə malik olan qüvvə idi və bu çox yaxşı nəticələr verirdi. İnkişaf sürətli olmasa da, sabit və dayanıqlıdır.”

Mərkəzi Bank ABŞ iqtisadiyyatı sabit artımına davam etdiyi halda dərəcələrin gələcəkdə artacağını bildirir. Bu dərəcələri aşağı səviyyəyə salınmasına kömək edən Mərkəzi Bankın mürəkkəb portfoliosundakı ixtisarları nəticəsində baş verəcək.

XS
SM
MD
LG