Accessibility links

Amerika İraqla kürdlər arasında yaşanan qarşıdurmada tərəf tutmur [Video]


Amerika İraqla kürdlər arasında yaşanan qarşıdurmada tərəf tutmur
please wait

No media source currently available

0:00 0:01:59 0:00

İraq qüvvələrini dəstəkləyən və kürd döyüşçülərə yardım edən Birləşmiş Ştatlar Kərkük üzərində yaşanan qarşıdurmada sakitliyə çağırıb. Prezident Donald Tramp bazar ertəsi məsələyə münasibət bildirib. O deyib ki, Vaşinqton bu mübarizədə tərəf tutmayacaq.

Amerikanın Səsinin İraqdakı müxbirinin verdiyi məlumata görə, İranın dəstəklədiyi məşhur mobilizasiya dəstələri bazar günü Kərkükdəki mövqelərindən bir neçə kilometr uzaqlaşaraq, əraziyə İraq qüvvələrinin daxil olmasına imkan yaradıb. Gecə kürd peşmərgə döyüşçüləri ilə əraziyə daxil olan İraq qüvvələri arasında azı bir dəfə qarşıdurma yaşanıb. ABŞ rəsmiləri deyir ki, İraqın terrora qarşı döyüşçüləri Kərkükün K1 hava bazasına daxil olub və oranın nəzarətini ələ keçirib.

Biz tərəf tutmuruq, amma onların döyüşməsi xoşumuza gəlmir.
Donald Tramp

“İraq qüvvələri irəlilədikcə, biz Peşmərgənin həmin ərazilərdən geri çəkildiyini müşahidə etdik. Bu səhər bir neçə dəfə atəş açılıb”, Pentaqonun sözçüsü mayor Adrian Rankin-Qallovey bildirir.

İraq hərbi maşınları şəhər ətrafında parad keçirdiyi bir vaxt, Amerika rəsmiləri sülh cağırışları edir və hər iki tərəfi diqqəti ölkəni İslam Dövləti döyüşçülərindən təmizləməyə yönəltməyə çağırır.

“Biz tərəf tutmuruq, amma onların döyüşməsi xoşumuza gəlmir”, prezident Tramp bildirib.

ABŞ qoşunları həm iraqlı həm də Peşmərgə döyüşçüləri ilə əməkdaşlıq edir və hazırda Kərkük ətrafındadırlar. Rəsmilər Amerika qüvvələrinin bu yaxınlarda Kərkükə daxil olan İraq qüvvələrinə təlim keçdiyini və onları silahla təchiz etdiyini təsdiq edib.

ABŞ ordusu həm İraq həm də Peşmərgə qüvvələrini İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq şərtilə dəstəkləyib. Lakin ekspert Maykl O’Hanlon deyir ki, ABŞ onları buna məcbur edə bilməz.

“Biz insanların hədə ilə verilmiş sözü yerinə yetirmələrini gözləyə bilmərik, çünki qruplar həyatları uğrunda mübarizə etdiklərini düşünürdü. Onlar həmin an lazım olanı, yəni bizim duymaq istədiyimizi zənn etdikləri şeyləri söyləyiblər”, deyə O’Hanlon bildirir.

O deyir ki, bu qarşıdurmaların əsas qalibi İrandır. Buna səbəb isə odur ki, İranın İraqdakı nüfuzu artıb, çünki amerikalılar ABŞ-ın dəstəklədiyi koalisiya kimi İslam Dövlətini məğlub etməyə yardım edən İranın dəstəklədiyi bölmələri əvəzləyə bilmirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG