Accessibility links

Amerikada irqlərarası nikah [Video]


Amerikada irqlərarası nikah
please wait

No media source currently available

0:00 0:03:21 0:00
Mildred və Riçard Loving 1958-ci ildə irqlərarası evliliyə qadağa qoyan Virciniya qanunlarını pozduqları üçün həbs olunmuşdular. Onlar məhkəməyə müraciət etdikdən sonra, 1967-ci ildə Ali Məhkəmə qadağanı qeyri-qanuni elan etdi. O vaxtdan bəri irqlərarası nikahlar tədricən artıb. ABŞ dövlət rəqəmlərinə görə hazırda yeni nikahların15 faizi fərqli irqə mənsub insanlar arasındadır.

Gerri Byukanan: Cəmiyyət bunu getdikcə daha çox qəbul edir - ancaq buna baxmayaraq bu, bizə bəzən qəribə gəlir.

Gerri Byukanan və Tom Rogers artıq beş ildir evlidirlər. Onların əvvəlki fərqli irqə mənsub nikahlardan uşaqları var. Tomun məktəbli qızı, Cerrinin isə yeniyetmə oğlu var.

Onlar Nyu York meri Bill de Blasio kimi çox irqli ailələrdən biridir. Bill de Blasionun xanımı Çirleyn MakKrey Afrikalı Amerikalıdır və onların iki uşaqları var. Siyasi müşahidəçilər bildirir ki, Blasionun ailəsinin fərqli olması noyabr mer seçkilərində qalib gəlməsində rol oynayıb.

Ken Tanabe müxtəlif irqdən olan ailələr üçün xüsusi gün təsis edib. O, Loving adlanan bu günü Mildred və Riçard Lovingin adları naminə elan edib. Ken Tanabe Blasionun seçilməsinin Nyu Yorkda baş vermiş böyük dəyişikləri əks etdirdiyini deyir.

Ken Tanabe: Bura hər zaman etnik baxımdan zəngin yer olub. Burada fərqli irqə mənsub ailələr və çox milliyətli insanlar var. Bill de Blasionun mer seçilməsi ilə, düşünürəm ki, belə ailələri insanlar daha çox qəbul edəcək və dəstəkləyəcək.

Yazıçı Aya Monet deyib ki, de Blasio evliliyi Afrikali Amerikalı qadınların siyasətdə imicinin dəyişməsinə kömək edəcək.

Aya Monet: Avrosentrik bəzi adamlar - bunlar əsasən ağdərili kişilər olur - çox vaxt Mişel Obamanı bədəninə, nece görsəndiyinə görə alçaldıblar. Bir tərəfdə isə digər adam, qaradərili xanımını sənin gözünün önündə öpür və ona sevgi göstərir.

Tom Rogers və Gerri Byukanan Blasionu dəstəkləyib. Namizədin aləsi burada rol oynayıb.

Tom Rogers: Bir-birinə qarışmayan adamları görəndə necə depressiyaya düşürəmsə, bizim kimi Blasioları görəndə bir o qədər xoşbəxt oluram.

Müşahidəçilər deyir ki, Bill de Blasio yanvarın 1-də ailəsi ilə birlikdə ictimayyət qarşısına çıxanda, bu ailə Amerika demoqrafiyasının yeni simvoluna çevriləcək.
XS
SM
MD
LG