Accessibility links

ABŞ-da daha 3,8 milyon insan işsizlik təzminatı üçün müraciət edib


ABŞ-da işsizlərin sayı artmaqda davam edir. Keçən həftə koronavirus pandemiyası dünyanın ən böyük iqtisadiyyatına zərər vurmaqda davam etdiyi üçün ölkədə daha 3,8 milyon insan işsizlik təzminatı tələb edib.

Bir neçə ştatın bəzi biznesləri açmasına və prezident Donald Trampın milli iqtisadiyyatı yenidən işə salmağa çalışmasına baxmayaraq, son 6 həftədə işsizlərin sayı 30,3 milyona çatıb.

Lakin pandemiyanın hələ davam edəcəyi gözlədiyi üçün növbəti bir neçə həftə ərzində milyonlarla işsiz yardım üçün müraciət edə bilər.

Birləşmiş Ştatlar 1930-cu illərdəki Böyük Depressiyadan bəri bu cür işsizlik problemlə - hər altı işçidən birindən çoxunun işini itirməsi problemi ilə üzləşməmişdi.

İşdən çıxarılmalar 2008-ci ilin iqtisadi tənəzzülündən sonra artmaqda olan iş yerlərini məhv edib.

Hökumət çərşənbə günü bu ilin ilk rübündə milli iqtisadiyyatın 4.8 faiz azaldığını, aprel-iyun ayları arasında II Dünya Müharibəsindən bəri ən çox eniş ehtimalı olduğunu bildirib.

Credit Suisse investisiya bankı işsizliyin 15 faizdən 33.5 faizə, Goldman Sachs isə bir az yüksək, 34 faizə yüksələcəyini proqnozlaşdırır.

Bununla yanaşı, Goldman Sachs qrupu ABŞ-ın pandemiyadan mümkün sağalması vaxtında - ilin üçüncü rübündə, iyuldan sentyabr ayına qədər bərpanın 19 faiz artacağını proqnozlaşdırır.

XS
SM
MD
LG