Accessibility links

Amerika qəzetləri prezident Trampın mediaya münasibətini tənqid edir


ABŞ prezidenti Donald Trampın media ilə mübahisəli münasibəti cümə axşamı daha da gərginləşib. Belə ki, yüzlərlə Amerika qəzeti Trampın bəzi media qurumlarına qarşı tez-tez etdiyi hücumlara cavab olaraq mətbuat azadlığını misli görünməmiş, koordinasiyalı şəkildə müdafiə edib.

Vayominq ştatı istisna olmaqla, hər bir ştatda 380-dən çox xəbər agentliyi cümə günü azad və güclü mətbuata dəstək məqsədli məqalələr dərc edib.

Bu addım Trampın mətbuatı dəfələrlə "saxta xəbər" yaymaqda ittiham etməsindən və "Amerika xalqının düşməni" adlandırmasından sonraya təsadüf edib.

Trump cümə axşamı Twitter hesabında "Saxta xəbər mediyası müxalifət partiyasıdır", deyə yazıb.

Bu ay Quinnipiac Universitetinin keçirdiyi sorğunun nəticəsinə əsasən, amerikalı seçicilərin 44 faizi Trampın mətbuata istiqamətləndirdiyi tənqidləri və mediada çalışan insanlara qarşı sərt çıxışlarından narahatdırlar.

Demokratların böyük əksəriyyəti sorğunun nəticələri ilə razılaşır, təqribən eyni sayda Respublikaçı isə əksinə, nəticələrlə razılaşmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG