Accessibility links

Amerika müdafiə nazirinin müavini Azərbaycanı mühüm tərəfdaş adlandırıb


Amerika müdafiə nazirinin müavini Azərbaycanı mühüm tərəfdaş adlandırıb
Amerika müdafiə nazirinin müavini Azərbaycanı mühüm tərəfdaş adlandırıb

Azərbaycanın müdafiyə nazirliyi təlimin təxirə salınmasının səbəbləri barədə şərh verməyib

Həftəsonunda Azərbaycana səfər edən Amerika müdafiə nazirin müavini Mişel Flurni Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı adlandıraraq, Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına görə təşəkkürünü bildirib.
Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ müdafiə nazirinin Hərbi-Siyasi Məsələlər üzrə müavini Mişel Flurni aprelin 17-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. ABŞ Müdafiə Nazirinin hərbi-siyasi məsələlər üzrə baş məsləhətçisi olan müavini - xanım Flurni Birləşmiş Ştatların Azərbaycanla strateji münasibət üzrə öhdəliyini bir daha təsdiqləyib. O, regional sabitlik və inkişafa təkan verilməsi istiqamətində ABŞ-la Azərbaycan arasında qarşılıqlı maraqları müzakirə etməyə müvəffəq olub.

Mişel Flurni həmçinin təkrarən vurğulayıb ki, Birləşmiş Ştatlar Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda köməklik göstərmək üçün yüksək səviyyədə iştirakını davam etdirir.

ABŞ-Müdafiə Nazirinin Müavini Azərbaycana səfərinin yekunları ilə bağlı aşağıdakı bəyanatla çıxış edib.
"Müdafiə Nazirliyi Azərbaycanın Əfqanıstanda, zorakı ekstremizmlə mübarizədə, regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi beynəlxalq səylərini yüksək qiymətləndirir.
Azərbaycan Əfqanıstan İslam Respublikası hökuməti və xalqı üçün öhdəlik götürməklə liderliyini nümayiş etdirir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində sabitlik və yenidənqurma sahəsində zəruri olan təhlükəsizliyi bərqərar etmək və onun dayanıqlılığını təmin etmək məqsədilə Azərbaycanın hərbi kadrları Birləşmiş Ştatlar, müttəfiqlərimiz və digər tərəfdaşlarla çiyin-çiyinə dayanır. Azərbaycan İSAF və Əfqan təhlükəsizlik kadrlarını yenidən təchiz edən və Əfqanıstanın yenidən qurulması üçün zəruri materiallarla təmin edən qlobal hava və yerüstü şəbəkəsində mühüm yer tutur. Azərbaycan həmçinin yenidənqurma işlərində göstərdiyi səylərə görə liderdir. Azərbaycanlılar Əfqan diplomatları, həkimləri, mina təmizləyən qruplar, polis və sərhəd mühafizə kadrlarına təlim keçir. Azərbaycan yenidənqurma sahəsində, o cümlədən ən çox ehtiyacı olan xəstəxana və məktəblərə töhfə verir. Azərbaycanın hərbi və mülki dəstəyi əfqanları tez bir zamanda öz təhlükəsizlikləri və inkişafları baxımından öhdəlik götürmələri üçün gücləndirməyə kömək edir.
Azərbaycan hökuməti zorakı ekstremizmə qarşı mübarizədə mühüm müttəfiq olmuşdur. Azərbaycan hakimiyyəti ABŞ və digər xarici maraqlara qarşı hücumları dəf etməkdə köməklik etmiş və saysız-hesabsız təxribat cəhdlərini aradan qaldırmışdır. Bu yaxınlarda Moskva metro sisteminə edilən dəhşətli hücum bir daha vurğulayır ki, biz, bu təhlükələrə qarşı həmişəkindən də ayıq olmaqla, birlikdə mübarizə aparmalıyıq. Heç birimizin təklikdə həll edə bilmədiyimiz çeşidli qlobal çətinliklərlə üzləşdiyimiz bir dövrdə, Birləşmiş Ştatlar hər iki ölkə arasında güclü və dinamik tərəfdaşlığa çalışır. Biz, möhkəm dostlarıq və təhlükəsiz, demokratik və çiçəklənmiş bir dövlətin inkişafına dəstək vermək məqsədilə Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək üçün öhdəlik götürmüşük".

Bununla yanaşı, Amerika müdafiə nazirin səfərindən bir gün sonra Azərbaycan Müdafiə Nazirliyi ABŞ - Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq sazişi çərçivəsində Birləşmiş Ştatlarla razılaşma əsasında bu ilin may ayında planlaşdırılan hərbi təlimlərin təxirə salındığını bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu təlimin təxirə salınmasının səbəblərini izah etməyib. “Təlimin keçirilməsi təxirə salınıb. Azərbaycan birtərəfli qaydada təlimlərdən imtina edib. Mən özüm də, təlimin təxirə salınması ilə bağlı geniş məlumata malik deyiləm, ona görə də şərh verməkdə çətinlik çəkirəm”- deyə cənab Sabiroğlu “Amerikanın səsi” radiosuna bildirib.

XS
SM
MD
LG