Accessibility links

Amerikanın müsəlman liderləri İslam Dövləti qrupunun ekstremizmini qınayır


Vaşinqtonda Amerikanın müsəlman icmasının liderləri İslam Dövləti qrupunun zorakı esktremizmini qınayıb.

Müsəlman icmasının liderləri bu gün Vaşinqtonda 2011-ci il Birləşmiş Ştatlara qarşı 11 sentyabr terror hadisələrinin ildönümü qeyd edib. Onlar Birləşmiş Ştatlarda müsəlmanları ekstremizmə qarşı mübarizə aparmağa və zorakılıqlar yol verilməməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq aparmağa çağırıb.

Dalles bölgəsi müsəlman icmasının imamı Məhəmməd Məcid dini liderlərin bu mübarizənin önündə getməli olduğunu deyərək, nifrət ideologiyasının yayılmasının qarşısını almaq üçün proqramların hazırlandığını bildirib. O, islam dininin sülh, sevgi, insan həyatını qorumaq kimi ideyalara xidmət etdiyini deyib.

Amerika müsəlmanları bu çağırışları ABŞ prezidenti Barak Obamanın İslam Dövləti qrupuna qarşı strategiyanı açıqlamaq üçün Amerika xalqına müraciət etməyə hazırlaşdığı bir vaxt edib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG