Accessibility links

ABŞ dövlət katibinin yardımçısının telefon söhbəti internetə sızıb


ABŞ diplomatı Viktoriya Nuland məxfi telefon danışığı zamanı Avropa Şurası haqda alçaldıcı rəy bildirməsi ictimaiyyətə sızıb. O, buna münasibət bildirməkdən imtina edib.

Nuland jurnalistlərə bildirib ki, o, məxfi diplomatik danışıqlar barədə mətbuata açıqlama verməyəcək. Nuland danışığın yüksək keyfiyyətlə lentə alındığını deyərək, bunu peşakar taktika adlandırıb.

ABŞ rəsmiləri dövlət katibinin köməkçisi Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Cefri Pyatın səs yazısının ictimaiyyətə sızmasında Rusiyanın əli oluduğunu təxmin edirlər. Səs yazısında xanım Nuland və cənab Pyat Ukraynada davam edən siyasi böhranın beynəlxalq səylər vasitəsi ilə həllini müzakirə edir. Nulandın səsi olduğu təxmin edilən qadın Avropa Şurasının mövqeyinin nəzərə alınmamasına daiar nalayiq sözlər işlədib.

ABŞ rəsmiləri YouTube saytında yayılan səs yazısının Rusiya baş nazirinin köməkçisi Dmitri Roqozin tərəfindən tvitterdə paylaşdığını vurğulayıb.

Roqozinin sözüçüsü Dmitri Loskutov Associated Press-ə bildirib ki, səs yazısının icimaiyyətə sızmasında Rusiya höküməti, və ya Roqozinin heç bir rolu yoxdur.
XS
SM
MD
LG