Accessibility links

"ABŞ hücumları nəticəsində Pakistanda açıqlanandan qat-qat çox insan ölüb"


Böyük Britaniya mətbuat orqanı Pakistan hökumətinə məxsus sənədləri əldə etdiyini bildirib. Bu sənədlər ABŞ-ın pilotsuz təyyarələrinin Pakistanda ABŞ-ın açıqladığından qat-qat çox mülki vətəndaşın həyata son qoyduğunu göstərir.

Bu gün açıqlanan məlumatda qeyri-kommersiya təşkilatı olan Araşdırmaçı Jurnalistika Bürosu bildirir ki, sənədlərə görə 2006-2009-cu illər arasında ABŞ-ın pilotsuz təyyarələrinin Pakistana hücumu nəticəsində 147 mülki vətəndaş həlak olub.

2004-cü ildən bəri ABŞ-ın Mərkəzi Kəşfiyyat Agenliyi Pakistanın qəbilələr yaşayan ucqar ərazilərində yüzlərlə pilotsuz təyyarə hücumları həyata keçirib.

Pakistanın federal idarəçilikdə olan qəbilə bölgələrinə müstəqil xəbər agentliklərinin çıxışları məhduddur.

Bu ərazidən baza kimi istifadə edən taliban döyüşçüləri cəsədləri dərhal yığışdıraraq dəfn edir və bu üzdən təlafatların miqyasını dəqiq müəyyən etmək çətin olur.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG