ABŞ Rusiyanın hüquqi şirkət və fiziki şəxslərinə sanksiyalar tətbiq edib. Sanksiyalar sabiq xüsusi porkuror Robert Müllerin 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyi dediyi İnternet Araşdırma Agentliyi (Rusiyanın troll fabriki) ilə əlaqəsi olan şəxslərə şamil edilir.
Maliyyə Nazirliyinin saytında həmin siyahıya biznesmen Evqeni Priqojinlə əlaqəsi olan Denis Kuzmin, İqor Nesterov, habelə Ceyhun Aslanov, Mixail Burçin, Vadim Podkopayev, Vladimir Venkov daxildir. Sanksiyalara 3 şirkət, 1 gəmi və 3 təyyarə məruz qalıb.
ABŞ Dövlət Departamenti Rusiyanın ABŞ-dakı demokratik proseslərə müdaxilə cəhdlərinə cavab təzyiqlərinin davam etdiriləcəyini bildirib.
“Biz aydın şəkildə göstərdik ki, Amerika seçkilərinə xaricdən müdaxilə qəbuledilməzdir. ABŞ demokratik prinsiplərinə xələl gətirən hər kəsə qarşı amansız ölçülər götürəcək, Rusiyanın sabitsizlik yaratmaq cəhdlərinə cavab verəcək” , Dövlət Departamentindən bildirilib.
Priqojinin “troll fabriki”ni idarə etdiyindən şübhələnilir.
Müller komandası onun Trampa seçkilər zamanı yardım edən Concord Management and Consulting şirkətinə rəhbərlik etdiyini bildirib.
Şirkətin vəkilləri isə bu iddiaları rədd edir.