“Biz hamılıqla gənc qızların və qadınların parlaq gələcəyi üçün çalışmalıyıq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.
Səfirlik 30 saniyəlik “Dinlə” adlı videoçarx da təqdim edib.
“Videoçarx məişət zorakılığı haqqındadır və “Super Bowl” (Amerika futbol çempionatı) zamanı yayımlanıb. Real hekayə əsasında çəkilən sosial reklamda “9-11”-in dispetçeri Reddit sosial şəbəkədəki səhifəsində oxuyanların heç vaxt unuda bilməyəcəyi bir əhvalat paylaşıb. Məişət zorakılığı qurbanı olan bir xanım polisə həyat təhlükəsi haqqında qeyri-adi üsulla məlumat verir. O, “9-11”-ə zəng edərək pizza sifariş etmək istədiyini söyləyib, lakin polis ona səhv nömrəyə zəng etdiyini söylədikdə xanım israrla öz sifarışını sona qədər səsləndirib. Həmin ünvana göndərilən polis əməkdaşı sevgilisi tərəfindən döyülən xanımı xilas edib”, səfirlik vidoçarxda əks olunan hekayə barədə məlumat verir.
Hekayə haqqında çəkilən sosial reklam çarxı Amerika futbolu tarixində məişət zorakılığına həsr olunmuş ilk reklamdır və bu çarxı ABŞ-da 100 milyon televiziya tamaşaçısı izləyib.
“Bəs sizcə, Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? #QadınQətllərinəSon”, deyə ABŞ səfirliyi sual edir.