Accessibility links

Amerika Sepaha Bəşər Əsədə yardım etdiyi üçün sanksiya qoyub


Amerika Sepaha Bəşər Əsədə yardım etdiyi üçün sanksiya qoyub
Amerika Sepaha Bəşər Əsədə yardım etdiyi üçün sanksiya qoyub

ABŞ hökumətinin bəyanatında bildirilir ki, “Sepah”ın “Qüds” qanadı ölkədəki etirazların zorakılıqla yatırılmasında Suriya prezidenti Bəşər Əsədə dəstək verir, ona sadiq qüvvələrə fəal şəkildə yardım göstərir.

ABŞ hökuməti İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qüvvələrinə Suriyadakı xalq etirazlarının yatırılmasında fəal iştirak etdiyinə görə sanksiya qoyub.
“Media forum” saytının məlumatına görə, ABŞ hökumətinin bəyanatında bildirilir ki, “Sepah”ın “Qüds” qanadı ölkədəki etirazların zorakılıqla yatırılmasında Suriya prezidenti Bəşər Əsədə dəstək verir, ona sadiq qüvvələrə fəal şəkildə yardım göstərir.
Sanksiyaya əsasən, “Qüds” qanadının ABŞ-dakı bütün əmlakı dondurulur.
Suriyada fevral ayından xalq hərəkatı gedir. Hərəkatı yatırtmaq istəyən hökumət qüvvələrinin indiyədək yüzlərlə adamı öldürdüyü bildirilir.
Aprelin 21-də prezident Bəşər Əsəd ölkədə 1963-cü ildən hökm sürən fövqəladə vəziyyət rejiminin ləğv olunması haqda fərman imzalayıb. Bəşər Əsəd fövqəladə vəziyyətin ləğv olunmasının ölkədə təhlükəsizliyi və vətəndaşların hüquqlarına hörməti möhkəmləndirəcəyini deyib. Ancaq ölkədə siyasi gərginlik azalmır.
Bəşər Əsəd 1971-2000-ci illərdə hakimiyyətdə olmuş atası Hafiz Əsəd öldükdən sonra prezidentdir.

XS
SM
MD
LG