Accessibility links

Soyuz fəza kapsulu təhlükəsiz yerə enib


Kapsul Beynəlxalq Fəza Stansiyasında 146 gün missiyada olan heyəti daşıyıb

Üç beynəlxalq fəza heyətini daşıyan Soyuz fəza kapsulu Qazaxıstanda yerə enib.
Kanadalı Kris Hadfild, amerikalı Tom Marşburn və rusiyalı Roman Romanenko Beynəlxalq Fəza Stansiyasında 146 gün missiyada olub.

53 yaşlı kanadalı astronavt iki fəza gəmisi veteranı və Beynəlxalq Fəza Stansiyasında qərarvermə səlahiyyətinə malik ilk kanadalı astronavtdır.

O, Beynəlxalq Fəza Stansiyasından ayrılarkən fəza həyatına qeyri-adi formada əlvida deyərək, Britaniyanın rok ulduzu Deyvid Bovinin “Space Oddity” musiqisini ifa edib.

Hadfild həmçinin internetdə fəzadakı gündəlik fəaliyyətini yerləşdirmişdi. Onun 800 mindən çox tvitter izləyicisi var.


XS
SM
MD
LG