Accessibility links

ABŞ və Yaponiya hərbi əməkdaşlığı genişləndirilir


ABŞ və Yaponiya hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib.

ABŞ dövlət katibi Con Kerri və müdafiə naziri Eşton Karter Nyu-Yorkda yapon həmkarları ilə birgə görüş zamanı 1997-ci il hərbi əməkdaşlıq sazişinin yeniləndiyini bəyan edib.

Kerri bunu iki ölkə arasındakı əlaqələrin tarixi keçid nöqtəsi adlandırıb.

“Biz Yaponiyanın yalnız özünü deyil, ABŞ və digər ölkələrin də müdafiəsinə hazırlığının şahidi oluruq,”-deyə dövlət katibi bildirib.

Yeniləşmə Yaponiya tərəfindən də alqışlanıb.

Yaponiyanın xarici işlər naziri Fumio Kişida deyib ki, ABŞ-Yaponiya arasında təhlükəsizlik və müdafiə əməkdaşlığı güclənməkdədir.

Tərəflərin birgə bəyanatında ABŞ və Yaponiya müttəfiqliyinin Asiya-Sakit okeanı hövzəsi regionunda sülh və əmin-amanlığı müdafiə etməklə yanaşı, təhlükəsizlik yolunda atılan mühüm addım olduğu qeyd edilib.

Yeni razılığın həyata tətbiqi üzərində aparılacaq hələ də bir çox iş var. Lakin sənəd Yaponiyanın sülhməramlı missiyasının genişləndirilməsini nəzərdə tutur. Burada təbii fəlakətlərə cavab və humanitar xilas əməliyyatlarına da yer verilib.

Çin ABŞ-ın gizli yapon imperializmi yaradılmasını dəstəklədiyini deyərək, militarimz kartı ilə oynayacaq

Ölkələr əməkdaşlığın genişləndirilməsi və kəşfiyyat məlumatlarının mübadiləsi barədə də razılıq əldə edib.

Sənəddə müdafiə texnologiyaları sahəsində də əməkdaşlıq yer alır.

Təhlilçilər yeni razılığın Çinin davranışını dəyişə biləcəyini deyir. Həftəlik IHS Jane's Defense dərgisinin redaktoru Ceyms Hardinin dediyinə görə, Pekin Amerikanın Yaponiyanın Cənubi Çin dənizidə müdafiə əməliyyatlarını dəstəkləməsinə soyuq münasibət göstərib.

“Çin ABŞ-ın gizli yapon imperializmi yaradılmasını dəstəklədiyini deyərək, militarimz kartı ilə oynayacaq.”

ABŞ rəsmiləri deyir ki, Amerika ilə Yaponiya arasında əldə edilən son anlaşmanın Çin və ya regionun digər ölkələrinin təəccübünə yol açmamalıdır. Belə ki, əməkdaşlıq məxfi saxlanmır.

ABŞ-ın müdafiə naziri Eşton Karter razılığın Çin əleyhinə yönəlmədiyini bildirsə də, Çinə əməllərinin nəticəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq verib.

“Çinin davranışı regon ölkələrinin Amerika ilə niyə əməkdaşlıq etmək istədiklərinə bir nümunədir.”

Razılıq Şimali Koreydan gələn təhlükələrə də cavab verilməsini nəzərdə tutur.

ABŞ rəsmiləri inanır ki, yeni anlaşma Koreya yarımadasında təhlükəsizlik və sabitliyin qorunması üçün Cənubi Koreya və Avstraliya ilə daha dərin əməkdaşlığa xidmət edəcək.

Amerikanın müdafiə rəsmiləri ABŞ-ın Yaponiyadakı hərbi mövcudluğunun zamanla məhdudlaşdırılacağını bildirir.

Sənəddə Okinavadakı ABŞ qüvvələrinin Guama köçürülməsi və Futenmada Amerikanın yeni hərbi inşaatını nəzərdə tutmur.

ABŞ rəsmiləri anlaşmanın Yaponiya konstitusiyasının şərtlərinə uyğun şəkildə əldə edildiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG