Accessibility links

Amerikada kənd təsərrüfatı artıq təkcə yaşlıların gördüyü işə çevrilib [Video]


Amerikada kənd təsərrüfatı artıq yaşlıların gördüyü işə çevrilib
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Bu fermanı mənim babamın ailəsi yaradıb, daha sonra isə atam işlətməyə başladı. İstəsəm mən də bundan faydalana bilərəm. Amma məsələ də mənim bunu istəyib-istəməyimdir.

Ölkədəki fermerlərin təxminən üçdə ikisi 55 yaşından yuxarıdırlar.

“Bir çox müəmma var. Görəsən iqtisadiyyatımıza nə olacaq. Bir tərəfdən mən universitet oxumaq istəyirəm, ki sabit həyatım, tibbi sığortam, aylıq gəlirim olsun, çünki kənd təsərrüfatı sahəsində pul qazanıb-qazanmayacağın bəlli deyil.

Böyük korporativ fermaçılıq müstəqil ailə fermalarını əvəzləyib

Kənd təsərrüfatı ilə məşğul olmanın da mənfi tərəfi odur ki, müstəqil çalışanlar üçün yaxşı tibbi sığorta tapmaq çətindir. Mənim fikrimcə hər kəs əlverişli qiymətlərə tibbi sığorta əldə edə bilməlidir. Amma hazırda vəziyyət belə deyil.

Mənim yaşıdlarım üçün Amerika proqnozlaşdırıla bilməyən ölkədir. Biz hansı istiqamətə gedirik bilinmir. Belə bir qavrayış var ki, əgər çox çalışsan, çörək pulu qazana, ailə dolandıra bilərsən. Məncə bu artıq dəyişib.

Mən hər gecə bura gəlib, babamla söhbət edirəm. O mənin yaşımada olanda eyni problemlərlə üzləşirmiş. O, 30- 40-cı illərdə böyüyüb və o zaman hər şey indiki kimi olmasa da, o zaman da hər kəs nəyin necə olacağını bilirdi. Ona görə də mən onun mənim yaşında olan düşüncələrini öyrənmək istəyirəm və bilmək istəyirəm ki, görəsən o da nə edəcəyini bilirdimi?

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG