Accessibility links

“Amerikada təhsil sadəcə məktəbə gedib-gəlmək deyil” 


“Amerikada təhsil sadəcə məktəbə gedib-gəlmək deyil”
please wait

No media source currently available

0:00 0:06:16 0:00

Amerikada fəaliyyətə başlayan “America İDream” şirkəti təhsil və eyni zamanda miqrasiya üzrə xidmət göstərən hüquqi konsultasiya şirkətidir. Bu şirkətin əsas missiyalarından biri Azərbaycanda və eləcə də digər ölkələrdə yaşayan insanları məlumatlandırmaqdır.

Şirkətin təsisçisi azərbaycanlı Nikita (Nigar) Uilyams ilə söhbət etdik. O, 13 ildir ki, Amerikada yaşayır. Nikita xanım Nyu York şəhərində yerləşən City University of New York (CUNY) universitetində “Beynəlxalq Cinayət Ədalətliyi” üzrə təhsil alıb. Onun sözlərinə görə bu şirkəti açmasının başlıca səbəbi odur ki, Amerikadan kənarda yaşayan insanlar ABŞ-ın immiqrantlara yaratdığı imkanlardan xəbərsiz olmasıdır:

“Bir çox yerli miqrasiya şirkətləri Amerika qanunvericiliyindən xəbərdar olmadıqları üçün insanları səhv yönləndirir. Bəzi saxtakarlıqla məşğul olan şirkətlər isə, ümid dolu insanların pullarını əllərindən alaraq onları ümidsiz buraxır. Bizim məqsədimiz odur ki, insanların ümidləri ölməsin, daha da dirçəlsin.”

Nikita xanımın sözlərinə görə, istər təhsil vizası, istərsə də turist vizasına baş vuran insanların sənədləri birbaşa Amerikalı vəkillərə göndərilir. Vəkillər sənədləri incələyib yanlışları düzəldir. Daha sonra, həmin insanın Amerikaya gəlməsinin yollarına uyğun bir individual struktura sxemi yaradılır.

“America İDream” şirkətinin verdiyi xidmətlərdən biri də Amerikada yaşamaq istəyən insanları EB3 vizası ilə təmin etməkdir. Hər il təxminən 110 min insan bu vizanın vasitəsi ilə qrinkard əldə edir. Bunların böyük hissəsi ixtisaslı işçilərdir. Böyük şirkətlər bu insanları xarici ölkələrdən dəvət edir. Lakin son illərdə xidmət, təmizlik sektorlarında fəaliyyət göstərən böyük şirkətlər də xaricdən işçi almağa başlayıb. Uilyams bildirib ki, “America İDream” şirkəti Amerika Birləşmiş Ştatlarının viza sistemindəki belə incəlikləri insanlarla paylaşır.

“Bizim məqsədimiz odur ki, xaricdən gələn insanlar hüquqi yollarla Amerikada yaşayamanın yollarını öyrənsin.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG