Accessibility links

Amerikalı türklər siyasi fəallığın artırılmasına çağırılır


Türkiyə-Amerika Koalisiyasının rəhbəri Linkoln Makkardi ABŞ Konqresində səslərinin eşidilməsini istəyən türk əsilli amerikalıların siyasi həyatda iştirak etmək, xüsusilə də siyasi kampaniyalara ianə ödəmək istədiklərini bildirib. İllik Türkiyə-Amerika Milli Liderlik Konfransının 32-ci sessiyasında danışan Makkardi Amerikada fəaliyyət göstərən 4 siyasi fəaliyyət komitəsinin seçim dönəmində 300 min dollar məbləğində ianə ödəmək istədiyini deyib. Konrqesdə Türkiyə əleyhinə bir sıra qanunlar qəbul etdiyini xatırladan Linkoln Makkardi bunların amerikalı siyasətçilərin Türkiyəni yetərincə tanımamasından qaynaqlandığını söyləyib.

Beynəlxalq Liderlik Konfransı Türkiyə-Amerika Dərnəkləri Assambleyası(ATAA), Türkiyə-Amerika Dərnəkləri Federasiyası (FTAA), Türkiyə-Amerika Mədəniyyət Mərkəzləri ilə bərabər Amerika-Azərbaycan Cəmiyyəti və Azərbaycan-Amerika Şurasının iştirakı ilə təşkil edilib.

Amerikanın 300 milyon əhalisinin təqribən 500 minini türklər təşkil edir.

XS
SM
MD
LG