Accessibility links

Amerikada yaşayan müsəlmanlar əsasən həyatlarından razıdırlar


Amerikada yaşayan müsəlmanlar əsasən həyatlarından razıdırlar
Amerikada yaşayan müsəlmanlar əsasən həyatlarından razıdırlar

Son araşdırmaların nəticələri Amerika müsəlmanlarının çoxunun son zamanlar onlara qarşı nəzarətin gücləndirilməsindən narazılıqlarına baxmayaraq, əsasən bu ölkədə yaşayışlarından razı olduqlarını göstərib. Pew Research mərkəzinin açıqladığı məlumatda deyilir ki, Amerikada yaşayan 10 müsəlmandan 8-i həyatlarından xeyli razıdır. Bununla yanaşı Amerika müsəlmanlarının 52 faizi hökumətin müsəlmanları izləməsindən şikayət edir.

Amerikada yaşayan müsəlmanların yarısından çoxu isə 2001-ci ilə sentyabrın 11-i hücumlarından sonra həyatlarının çətinləşdiyini deyir. 81 faiz müsəlman intiharçı hücumlar və mülki vətəndaşlara qarşı zorakılıqlara heç bir bəraət olmadığını deyir. Respondentlərin yarısı Amerikadakı müsəlman icması liderlərinin terrorizmi kifayət qədər tənqid etməmələrindən narazıdır.

XS
SM
MD
LG