Accessibility links

Amerikalı qadın Rusiyadan övladlığa götürdüyü uşağa aliment ödəyəcək


Artyom Savelyev
Artyom Savelyev

Birləşmiş Ştatlar hakimi amerikalı qadının Rusiya övladlığa götürdüyü və vətəninə qaytarılan uşağa aliment ödəməsi barədə qərar çıxarıb. Hakim Torri Hansenə qarşı bu qərarı onun çərşənbə günü dinləmələr üçün məhkəməyə gəlməməsindənsonra qəbul edib.

2010-cu ildə 7 yaşlı oğlunu Rusiyaya gedən təyyarəyə qoyan Hansen Tennisi ştatında yaşayır. Torri Hansen məktubda bir il bundan əvvəl övladlığa götürdüyü Artyom Savelyevin əqli problemləri olduğuna görə artıq onu istəmədiyini yazıb.

Dünya Uşaq və Valideyn Assosiasiyasının Övladlığa Götürmə Agentliyi aliment ödəmədiyi və 2010-cu ildə imzalanan sazişə əməl etmədiyinə görə Torri Hanseni məhkəməyə vermişdi.




XS
SM
MD
LG