Accessibility links

Amerikalılar Milad bayramını qeyd edir


Amerikalılar Milad bayramını qeyd edir
Amerikalılar Milad bayramını qeyd edir

Barak Obama bayramı ailəsi ilə birlikdə Havay adalarında keçirir

Bu gün Birləşmiş Ştatlarda ən təmtəraqlı qeyd olunan bayramlardan biri – Milad bayramıdır. ABŞ prezidenti Barak Obama və onun ailəsi bayramı keçirmək üçün Havay adalarına gedib. Bu gün cənab Obamanın həftəlik müraciətinə xanımı Mişel Obama da qoşulub. Onlar amerikalıları hərbi kadrlara və onların ailələrinə əl uzatmağa çağırıb. Birinci xanım deyib ki, yardım paketi və ya sadəcə olaraq təşəkkür ordu üzvlərinin ailələri üçün ən vacib hədiyyədir. Keçən il Obamalar Havay adalarındakı bazada əsgərləri ziyarət etmişdi. Ancaq bu il belə bir ziyarət barədə heç bir açıqlama verilməyib. ABŞ dövlət başçısı və onun ailəsinin Havayda yanvar ayının 2-dək qalması gözlənilir.

XS
SM
MD
LG