Accessibility links

Amerikanın İran siyasəti ilə bağlı işçi qrupu yaradılır


Secretary of State Mike Pompeo announces the creation of the Iran Action Group at the State Department, in Washington, Aug. 16, 2018.
Secretary of State Mike Pompeo announces the creation of the Iran Action Group at the State Department, in Washington, Aug. 16, 2018.

ABŞ dövlət katibi Amerikanın İran siyasəti ilə bağlı işçi qrupunun yaradılacağını bildirib.

Bu, Tramp administrasiyasının İslam Respublikasını davranışını dəyişmək üçün göstərdiyi təzyiqlər vaxtına təsadüf edir.

Dövlət Departamentinin bildirdiyinə görə, Mayk Pompeo fəaliyyət qrupu barədə bu gün açıqlama verməldir.

Rəsmilər qrupa hazırda Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Hukun rəhbərlik edəcəyini bildirib.

Hukun Tramp administrasiyasının ABŞ-ın may ayında razılıqdan çıxmasından öncə avropalı müttəfiqləri ilə İranla əldə edilən nüvə sazişi ilə bağlı müzakirələri nəticə verməmişdi.

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran tədbirlərin götürülməsini nəzərdə tutan razılaşmaya əsasən aradan qaldırılmış sanksiyaları yenidən bərpa edib.

Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.

Tramp İranı noyabrın 5-də ölkənin enerji transaksiyaları və xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı ilə keçirdiyi əməliyyatları hədəf alan yeni sanksiyalarla təhdid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG