Accessibility links

Amerikanın Yeni İl ənənəsi: Tayms Meydanı şarı


Amerikanın Yeni İl ənənəsi: Tayms Meydanı şarı
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Yeni İl gecəsi nəhəng gözəl işıqlandırılmış büllur şarın yuxarıdan aşağı endirilməsini izləmək üçün Nyu Yorkun Tayms Meydanına təxminən 1 milyon insanın toplaşacağı gözlənilir. Bu, Amerikada 100 ildən çoxdur davam edən Yeni İl ənənəsidir. Şarın havada ikən tam zamanında möhtəşəm şəkildə işıqladırılmasını təmin etmək üçün çoxlu əmək sərf olunur.

Bu il Uotefold büllur şarın üzərində “Harmoniyanın Hədiyyəsi” adlı mövzuya aid gözəl dizayn yerləşdirilir.
Tim Tompkins

Bu üçbucaq büllur panellərdə qırmızı, göy və yaşıl LED işıqlar var.

Yəni ümumilikdə 32 min işıq. Onlar Yeni İl gecəsində One Times Square binasının damında işqılandırılanda, şarı nəinki Tayms Meydanı, oradan uzaq yerlərdə də görmək mümkün olacaq. Şar 2019-cu ilin gəlişini qeyd etmək məqsədilə damdan aşağı endiriləcək.

Tədbir başdan-ayağa mürəkkəb mühədislik layihəsidir.

“Bunu belə tutanda, işıq burada qırılır. Bunlar hər iki tərəfdə kəsilib. Arxasında isə 2688 büllur panel görə bilərsiniz və biz hər il bu panellərdən 192-ni yeni mövzulara əsaslanaraq dəyişəcəyik. Beləliklə 10 il sonra məşhur Uoterfold büllur şarın üzərində gözəl insan hisslərini və qlobal duyğuları təmsil edən qarışıq yamaqlar olacaq”– deyə, Tom Brennan bildirir.

LED-lər proqramlaşdırıla bilir və bu tədbir təşkilatçılarına şarı hər il dəyişən çoxtərəfli işıq nümayişinə çevirməyə imkan verir.

“Bu il Uotefold büllur şarın üzərində “Harmoniyanın Hədiyyəsi” adlı mövzuya aid gözəl dizayn yerləşdirilir”, Tayms Meydanı İttifaqından Tim Tompkins bildirir.

Büllur şar
Büllur şar

Şara sahib Fiskars Living şirkətindən Tom Brennanın sözlərinə görə, proses mürəkkəbdir, amma çox sadə məqsədi var.

“Biz bütün dünya ilə birlikdə bayram edirik. Dünya boyu 1,2 milyard insan bunu izləyir və hər il biz yeni mövzu təqdim edirik, bu ilin mövzusu da harmoniyanın hədiyyəsidir”, o deyir.

Yeni İliniz Mübarək!

XS
SM
MD
LG